Mərkəzi Bankdan müsbət rəy: Unicapital-ın innovativ məhsulu sınaqdan uğurla keçdi
"Unicapital İnvestisiya Şirkəti" ASC tərəfindən təqdim olunan "Kriptobroker platforması"nın sınaq müddəti uğurla başa çatıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminin ilk mərhələsi çərçivəsində həyata keçirilən bu layihə virtual aktivlərin alışı, satışı və saxlanılması üzrə yeni maliyyə həllini məhdud sayda istifadəçi qrupuna təqdim edib.
Sınaq müddəti 09 dekabr 2024-cü ildən başlayaraq 09 iyun 2025-ci ilə qədər davam edib. Bu dövrdə platforma istifadəçilərə:
Virtual maliyyə aktivlərinin asan və təhlükəsiz alqı-satqısını
Maliyyə aktivlərinin saxlanılması imkanını
Canlı qiymət izləmə funksiyasını təqdim edib
"Kriptobroker platforması" yalnız lisenziyalaşdırılmış və tənzimlənən xidmət təminatçıları ilə əməkdaşlıq edir ki, bu da istifadəçilərin əməliyyatlarının yüksək təhlükəsizlik standartlarına uyğun icra olunmasını təmin edir.
Sınaq mərhələsinin nəticələri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən uğurlu hesab edilib və platformanın sınaq müddəti əlavə 6 ay uzadılıb.
"Unicapital İnvestisiya Şirkəti" ASC Azərbaycanın aparıcı investisiya şirkətlərindən biridir və müştərilərinə kapital bazarlarında müasir, təhlükəsiz və rahat həllər təqdim edir. Şirkət innovativ texnologiyaların tətbiqi və yeni maliyyə məhsullarının inkişafı ilə ölkədə investisiya sahəsinin güclənməsinə töhfə verir. / fed.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?