Biznes və istehlak kreditlәrinә tәlәb artıb, ipoteka kreditlәrinə isə azalıb

Biznes və istehlak kreditlәrinә tәlәb artıb, ipoteka kreditlәrinə isə azalıbMərkəzi Bank tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanmışdır. Marja.az xəbər verir ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Biznes Kreditləri 
Biznes və istehlak kreditlәrinә tәlәb artıb, ipoteka kreditlәrinə isə azalıb2023-cü ilin IV rübündә banklar tәrәfindәn verilәn biznes kreditlәri üzrә standartlarda yumşalmanın sәngimәsi müşahidә olunmuşdur. Yumşalmada azalma әsasәn mikro sahibkarlıq subyektlәri üzrә kreditlәrdә müşahidә edilmişdir. İri sahibkarlıq subyektlәrinә verilәn kreditlәrin standartlarında isә dәyişiklik müşahidә edilmәmişdir. Sorğuya әsasәn banklar növbәti rübdә ümumi biznes kreditlәr üzrә standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlәrinә kreditlәr üzrә standartların isә daha da sәrtlәşәcәyini proqnoz edirlәr.
Sorğu nәticәlәrinә әsasәn bank sektorunda biznes kreditlәrinә tәlәb artmışdır. MKOS subyektlәri üzrә tәlәb artımı iri sahibkarlıq subyektlәri ilә müqayisәdә yüksәk olmuşdur. Banklar 2024-cü ilin I rübündә tәlәbdә artım tempinin azalacağını gözlәyirlәr. İri sahibkarlıq subyektlәrinә verilәn biznes kreditlәri üzrә isә tәlәbin dәyişmәyәcәyi , KOS subyektlәri üzrә kredit tәlәbinin daha aşağı tempdә artacağı gözlәnilir.  
2023-cü ilin son rübündә biznes kreditlәri üzrә standartlara sәrtlәşdirici tәsir edәn amillәr maliyyәlәşmә dәyәri vә bankın iri kreditorlarının maliyyә vәziyyәtinә dair risklәr olmuşdur. Biznes kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktorlar isә bankın mövcud vә gözlәnilәn likvidlik mövqeyi, digәr banklarla rәqabәt, ümumi iqtisadi gözlәntilәr vә inflyasiya gözlәntilәri olmuşdur. Son rüb әrzindә standartlara tәsir edәn әn sәrtlәşdirici faktor maliyyәlәşmә dәyәri, әn yumşaldıcı faktor isә iqtisadi gözlәntilәr olmuşdur. 
İpoteka kreditləri 
Kredit fәaliyyәtinә dair sorğunun IV rüb üzrә nәticәlәrinә әsasәn hәm daxili hәm dә İKZF hesabına verilmiş ipoteka kreditlәri üzrә standartlarda cüzi sәrtlәşmә olmuşdur. Banklar növbәti rüb әrzindә hәm daxili ipoteka, hәm dә İKZF hesabına verilәcәk ipoteka kreditlәri üzrә kredit standartlarında yumşalmaların olacağını proqnoz edirlәr. 
2023-cü ilin son rübündә ipoteka kreditlәri üzrә tәlәb azalmışdır. Belә ki, bankların daxili ipoteka kreditlәri üzrә kredit tәlәblәrindә artım müşahidә edilsә dә, İKZF hesabına verilmiş ipoteka kreditlәri üzrә kredit tәlәbindә azalma olmuşdur. Banklar 2024-cü ilin ilk rübündә ipoteka kreditlәrinә tәlәbin artacağını proqnozlaşdırırlar (әsasәn İKZF kreditlәri üzrә).
Biznes kreditlәrindә olduğu kimi ipoteka kreditlәrindә dә maliyyәlәşmә dәyәri kredit standartlarına sәrtlәşdirici tәsir göstәrәn faktor olmuşdur. Son rüb әrzindә ipoteka kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktor әhalinin ödәmә qabiliyyәtinә dair gözlәntilәr vә ümumi iqtisadi gözlәntilәr olmuşdur. Ümumilikdә, son rübdә kredit standartlarına tәsir göstәrәn faktorların tәsirinin azalması müşahidә edilmişdir.
İstehlak kreditləri  
Sorğunun nәticәlәrinә әsasәn 2023-cü ilin son rübündә cәmi istehlak kreditlәri üzrә kredit standartlarında yumşalma olmuşdur. Yumşalma әmәkhaqqı kreditlәri üzrә standartlarda müşahidә edilmişdir. Kredit kartları vә mәişәt avadanlıqlarının alınması üzrә kredit standartlarında isә dәyişiklik müşahidә edilmәmişdir. Banklar 2024-cü ilin ilk rübündә cәmi istehlak kreditlәri üzrә standartlarda yumşalmanın davam edәcәyini proqnoz edirlәr. 
Sorğuya әsasәn әhalinin istehlak kreditlәrinә artmaqda davam etmişdir. Mәişәt avadanlıqlarının alınması üzrә kreditlәrә tәlәbdә artım tempi aşağı olsa da, kredit kartlarına vә әmәkhaqqı kreditlәrinә tәlәbin artım tempi yüksәkdir. Banklar 2024-cü ilin ilk rübündә әhalinin istehlak kreditlәrinә tәlәbinin artacağı qәnaәtindәdirlәr. Tәlәbin bütün komponentlәr üzrә artacağı proqnozlaşdırılır. 
Sorğu nәticәlәrinә әsasәn banklarla rәqabәt kredit standartlarına yumşaldıcı, digәr qalan bütün faktorlar isә sәrtlәşdirici tәsir göstәrmişdir. Kredit standartlarına tәsir göstәrәn әn sәrtlәşdirici faktor mövcud vә gözlәnilәn likvidlik mövqeyi olmuşdur. 
Kreditlәşmә fәaliyyәtinә dair sorğunun IV rüb üzrә nәticәlәrinә әsasәn әhalinin borclanma sәviyyәsindә ciddi artım müşahidә edilmәmişdir. Belә ki, respondent bankların 74%-i әhalinin borclanma sәviyyәsindә dәyişiklik olmadığını, 26%-i isә orta dәrәcәdә artım olduğunu bildirmişdir. Әhalinin borclanma sәviyyәsinә görә uzunmüddәtli diffuziya indeksi üzrә 2022-ci ilin sonundan davam edәn azalma 2023-cü ilin son rübündә 4 f.b artaraq 17% tәşkil etmişdir. 
Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə daha ətraflı buradan tanış ola bilərsiniz.

Banklar     Tarix: 14 mart 2024

Oxşar xəbərlər

AMB qlobal enerji qiymətlərində kəskin artımın ölkə iqtisadiyyatına təsirini şərh edib

Qlobal geosiyasi gərginlik və enerji bazarlarında qiymət artımı fonunda Azərbaycanda idxal inflyasiyasının artması ehtimalı və bunun pul siyasətinə təsiri məsələsi diqqət mərkəzindədir. Məsələ ilə bağlı  Azərbaycan Mərkəz

Rabitəbank Ramazan və Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi layihələrlə cəmiyyətin həssas qruplarına dəstəyini davam etdirir. Müqəddəs Ramazan bayramı və Novruz bayramı ərəfəsində bank tərəfindən 10

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib

 Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçü

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb. 4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazların

PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın

() Qarşıdan gələn Novruz və Ramazan bayramlarının tətilində PAŞA Sığorta şirkəti səyahətə gedənlərə həm sığortalı səyahət, həm də internet paketi təklif edir. Xarici ölkələrdə səyahət zamanı gözlənilməz hadisələr, sağlamlıql

Bayram fürsətləri AccessBank-da

Novruz bayramı münasibətilə AccessBank müştəriləri üçün xüsusi kampaniyaya start verir. Qeyri-iş günlərində bank tərəfindən təqdim olunan sərfəli kredit şərtləri sayəsində müştərilər maliyyə ehtiyaclarını daha rahat və əlverişl

Kartmane taksit kartı istifadəçiləri üçün "Novruz payı" kampaniyası

Rabitəbank müştərilərinə daha rahat və sərfəli alış imkanları təqdim etmək məqsədilə Taksit kartı üzrə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Kartmane Taksit kartı sahibləri həm gündəlik alışlarını, həm də onlay

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı

() Unibank biznes müştəriləri üçün yeni Visa Platinum Business kartını təqdim edir. Kart sahibkarlara gündəlik maliyyə əməliyyatlarını rahat idarə etməklə yanaşı, səyahət, sağlamlıq və biznes xidmətləri üzrə əlavə üstünlüklə

Azərbaycanın maliyyə sektorunun aktivləri 12 %-ə yaxın azalıb

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənn ümumi daxili məhsulunun (ÜDM) 46,9 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 65,7 %-i qədər - 60,6 milyard manat təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2025-c


iqtisadi xeberler biznes krediti dollar kursu avtomobil xeberleri bitkoin almaq