Bloomberg: Rubl 2025-ci ildə inkişaf etməkdə olan bazarın ən yaxşı valyutası olacaq
2025-ci ilin əvvəlindən Rusiya rublu ABŞ dolları qarşısında 13% möhkəmlənərək inkişaf etməkdə olan bazarlarda ən uğurlu valyutaya çevrilib.
Marja.az xəbər verir ki, bunu Bloomberg yazıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Rusiya Mərkəzi Bankı fevralın 21-nə dolların rəsmi məzənnəsini 88,51 rubl səviyyəsində müəyyən edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin dekabr ayının sonunda məzənnə bir dollar üçün 101,68 rubl olub.
Bloomberg yazıb ki, rubl fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutan Rusiya-Amerika danışıqları fonunda möhkəmlənir. Ər-Riyadda keçirilən danışıqlarda Rusiya və ABŞ ilk növbədə səfirliklərin normal fəaliyyətinə mane olan problemləri həll etmək və Ukrayna məsələsi ilə bağlı danışıqlar qrupları təyin etmək barədə razılığa gəliblər. Bloomberg qeyd edib ki, çərşənbə günü ABŞ lideri Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiqi artırıb.
"Promsvyazbank"ın analitiki Denis Popov deyir: "Rusiya ilə ABŞ arasında danışıqların uğurlu başlaması, eləcə də ABŞ prezidenti Donald Trampın sərt bəyanatları bazara müsbət gözləntiləri saxlamağa imkan verir".
O, həmçinin qeyd edib ki, qısa və ya ortamüddətli perspektivdə rubl daha da möhkəmlənə bilər.
Həmçinin oxu
SberCIB analitikləri 2025-ci ildə dolların məzənnəsi ilə bağlı proqnozlarını 10 rubl azaldıblar


"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları