"BOA AGENCY" şirkətinin iclasınının gündəliyinə dəyişiklik edilib
"BOA AGENCY" ASC-nin səhmdarlarının ümumi yığıncağının 06.10.2025-ci il tarixində keçiriləcək iclasının gündəliyinə dəyişiklik olub.
MArja xəbər verir ki, həmçinin ASC "Xalq" Bankı ilə bərpa olunmayan kredit xətti müqaviləsi bağlanması da müzakirə ediləcəkdir.
İclasın gündəliyinə 2025-cü ilin 3-cü rübünün maliyyə nəticələrinin müzakirəsi və dividentlərin verilməsi məsələsinə baxılması da daxildir.
Qeyd edək ki, "BOA AGENCY" ASC-nin səhmdarları Qəribli İlkin Eldar oğlu (nizamnamə kapitalında payı 40%), Hacıyev Rüstəm Rauf oğlu (nizamnamə kapitalında payı 40%) və Hacıyev Ramin Rauf oğludur (nizamnamə kapitalında payı 20%).
"BOA AGENCY" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 487 min manat xalis mənfəət ilə başa vururb. Cari ilin ilk yarısında Şirkətin əsas əməliyyat gəliri 7 milyon 446 min manat təşkil edib.
Şirkətin portfeli (uzunmüddətli debitor borclar) ötən ilin sonunda 166 milyon 849 min manat ikən, 30 iyun 2025-ci il tarixində 185 milyon 401 min manata çatıb. Şirkət kredit təşkilatlarından borcları alaraq yığılmasını təmin edir. "BOA AGENCY" tələb hüquqlarının alınması, tələblərin icrası üzrə konsultasiya və kommunikasiya dəstəyi xidmətləri göstərir. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin nədir?
Onlayn biznes növləri
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 müğənnisi
"Freelance" nədir?