"BOKT İnternational"ın xalis mənfəəti kəskin artıb
"Bank Olmayan Kredit Təşkilatı İnternational" ASC 2023-cü ili 2 milyon 792 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 1 milyon 530 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "BOKT İnternational"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 262 min manat və ya 82,5% artıb.
Marja.az xəbər verir ki, "BOKT İnternational"ın faiz gəlirləri 2022-ci ildə 11 milyon 542 min manat ikən, 2023-cü ildə 14 milyon 664 min manata yüksəlib (3 milyon 122 min manat və ya 27% artıb).
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
KREDİT PORTFELİ 30 MİLYON MANATI ÖTÜB
Ötən il "BOKT İnternational"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 5 milyon 678 min manat və ya 23,1% artaraq 30 milyon 280 min manata çatıb.
"BOKT İnternational" ASC-nin səhmlərinin 100%-i Rifat Həsənova məxsusdur.



"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?