BOKT sektorunun cəmi kredit portfeli 600 milyon manatı keçib
Azərbaycanda fəaliyyət göstərən 94 bank olmayan kredit təşkilatlarının (BOKT) 31 dekabr 2023-cü il tarixində cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 600,8 milyon manat təşkil edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, BOKT-ların cəmi kredit portfeli 2023-cü ildə 160,4 milyon manat və ya 36,4% artıb. 2022-ci ilin sonunda BOKT-ların kredit portfeli 440,4 milyon manata çatmışdı.
Bank olmayan kredit təşkilatlarının cəmi aktivləri 2022-ci ilin sonunda 515,7 milyon manat ikən, 31 dekabr 2023-cü il tarixində 758,5 milyon manat təşkil edib (ötən il 242,8 milyon manat artıb).

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb