Borca görə əlavə zənglər gəlir? – Məhkəməyə verə bilərsiniz

Borca görə əlavə zənglər gəlir? – Məhkəməyə verə bilərsinizSon vaxtlar mediada kredit təşkilatlarının borcluların yaxınlarına zəng etmələri ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Qeyd edilir ki, şəxs ödənişi gecikdirdiyi halda onun kreditlə əlaqəsi olmayan yaxınlarına telefonla zəng edilərək bu barədə məlumat verilir. 
Maraqlıdır, bəs bu əməlin qanuni əsası var?
Mülki Məcəlləyə görə, bank hesabı və bank əmanəti, hesab əməliyyatları və müştəri, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank qarant verir. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və nümayəndəsinə verilir.
"Banklar haqqında" qanunda isə bildirilir ki, müştəri haqqında məlumatlar üçüncü şəxslərə müştərinin yazılı razılığı ilə verilir. Belə ki, müştərinin yazılı razılığı ayrıca sənəd formasında tərtib edilir. Həmin razılıqda bank sirrini təşkil edən məlumatların verilməsi nəzərdə tutulan şəxslər, verilən məlumatların dairəsi və digərləri aydın şəkildə göstərilməlidir.
Qanunvericiliyə görə, hətta bankların mövcud və keçmiş inzibatçıları, digər əməkdaşları, səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan, habelə digər şəxslər əldə etdikləri bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açıqlanmasına görə mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Mülki Məcəllədə qeyd edilir ki, bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.
Yeri gəlmişkən, bir müddət əvvəl Nərimanov Rayon Məhkəməsi bank sirrinin pozulması ilə bağlı iddianı təmin edib. Belə ki, işlə bağlı materiallara görə, bank tərəfindən müştərinin gecikmiş kredit borcu ilə bağlı məlumatlar onun razılığı olmadan qohumlarına ötürülüb. Məhkəmə hesab edib ki, şəxsin bankda gecikmiş kreditinin olması bank sirri olmaqla yanaşı, həm də onun şəxsi həyatına aid məlumatdır və bu məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz. Qətnaməyə əsasən, bank müştərinin hüquqlarını pozduğuna görə ona mənəvi zərərin əvəzi kimi kompensasiya ödəməlidir.
Bununla belə, qanunvericilikdə müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatların bank tərəfindən digər şəxslərə verilməsi halları da nəzərdə tutulub. Bu şəxslərə aşağıdakılar aiddir:
– Nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlı – Mərkəzi Banka;
– Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada – vergi orqanlarına;
 – Vergi Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları zamanı; 
– İcra sənədinin məcburi icraya yönəldilməsi ilə əlaqədar bank saxlancında əmlakın və bank hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə – icra məmurlarına;
– Məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında – məhkəmələrə;
– Qanunvericiliklə müəyyən edilmiş digər şəxslərə. / banker.az

Banklar     Tarix: 28 may 2026

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq