"Brand Credit BOKT" 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladı
"Brand Credit Bank Olmayan Kredit Təşkilatı" MMC 31 dekabr 2023-cü il tarixində bitən il üzrə maliyyə hesabatlarını dərc edib.
Marja.az hesabatlara istinadən xəbər verir ki, "Brand Credit BOKT" 2023-cü ili 312 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 384 min manat xalis mənfəət ilə bağlamışdı.
"Brand Credit BOKT"ın faiz gəlirləri 2022-ci ildə 1 milyon 670 min manat ikən, 2023-cü ilin sonunda 1 milyon 649 min manat təşkil edib.
"Brand Credit BOKT"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 258 min manat və ya 31,8% artaraq 31 dekabr 2023-cü il tarixində 5 milyon 212 min manata çatıb. Təşkilat 2022-ci ilin sonunda 3 milyon 954 min manat cəmi kredit portfelinə malik idi.
"Brand Credit BOKT" MMC-nin hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.




"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb
"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind
"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir
"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın