"Bu, Azərbaycanın və region ölkələrinin enerji təhlükəsizliyi üçün çox vacibdir" – İLGİNC DETALLAR

Yaponiya hökuməti 2025-ci ilin aprelindən bütün yeni tikililərdə, o cümlədən fərdi yaşayış binalarında elektrik enerjisi istehsal etmək üçün Günəş panellərinin quraşdırılmasını məcburi etmək niyyətindədir. Alternativ enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı Tokionun həyata keçirməyi planlaşdırdığı bu layihə dünyada da maraqla qarşılanıb. Paytaxt Bakıda tikinti sektorunun sürətli inkişafını nəzərə alsaq Azərbaycanda bu sistemin tətbiqi mümkündürmü? Günəş panellərindən istifadə edib alternativ enerji ala və beləliklə ənənəvi enerjiyə qənaət edə bilərikmi? Bunun üçün hansı addımlar atılmalıdır?
Mövzunu KONKRET.az-a şərh edən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, artıq Azərbaycanda ənənəvi enerji mənbələrindən alternativ enerjiyə keçidlə bağlı xüsusi proqram hazırlanıb: "Bu sahədə artıq pilot layihələri görmək mümkündür. İşğaldan azad olunan həm Qarabağ, həm də Zəngəzur iqtisadi rayonunda yaşıl enerji sahəsinin yaradılması ilə bağlı konkret dövlət proqramları mövcuddur və bu sahədə artıq sazişlər imzalanıb. BƏƏ, İngiltərə və Səudiyyə Ərəbistanının müvafiq şirkətləri ilə əlaqələr qurulub. Enerji keçidinin əsas elementlərindən biri də günəş enerjisidir. Eyni zamanda yaşıl hidrogen, külək və termal enerji sahələri də mövcuddur. Lakin fərdi yaşayış evlərində və binalarda günəş kollektorlarının quraşdırılması işğaldan azad edilən zonalarda yaradılacaq yaşıl enerji sahələrində nəzərdə tutulub. İlk növbədə həm günəş, həm külək, həm də hidrogen enerjisinin ənənəvi enerji mənbələri ilə rəqabət qabiliyyəti müəyyən edilməlidir. Çünki həm külək, həm də günəş enerjisi panellərinin quraşdırılmasında, eləcə də hidrogen yanacağının istehsalında olduqca bahalı texnologiyalardan və metallardan istifadə olunur. Bunların bazar qiyməti isə çox yüksəkdir. Bu sahənin inkişafı üçün ilk növbədə əlverişli qiymətlərlə sözügedən avadanlıqların gətirilməsi təmin edilməlidir. Eyni zamanda onun paylayıcı şəbəkəyə birləşdirilməsi məsələsi həllini tapmalıdır. Bütün bunlar isə gələcəyin işidir. Azərbaycan bu sahədə iki istiqamətdə iş aparır. Həm Azərbaycanın gələcək enerji portfelində alternativ və bərpa olunan enerji mənbələrinin iştirak payı artırılır, həm də ənənəvi enerji mənbələrinin (neft-qaz) hasilatında karbonsuz və ya az karbonlu texnologiyaların tətbiqi ilə bağlı xarici tərəfdaşlarla (BP) proqram həyata keçirilir. Ümid edirəm ki, yaxın illərdə ölkədə əsasən hidroenerji sahəsində müəyyən irəliləyişlər olacaq. Bu, xüsusən də işğaldan azad edilən ərazilərdə özünü büruzə verə bilər. Bu iki sahənin inkişafı Azərbaycanın və region dövlətlərinin enerji təhlükəsizliyi üçün olduqca vacibdir".
Ekspert əlavə edib ki, hazırda alternativ enerji mənbələrinin ənənəvi enerji resursları ilə müqayisədə rəqabət qabiliyyəti olduqca aşağıdır: "Həm Avropada, həm ABŞ-da, həm də Asiya ölkələrində bu sahənin inkişafı üçün çox böyük subsidiyalar ayrılır. Amma enerji bazarı böyüməklə yanaşı həm də liberal olmalıdır. Yəni siyasi diqtə ilə idarə edilməməlidir. İndiki şəraitdə ənənəvi və alternativ enerji mənbələrinin müqayisəsi mümkün deyil. Ona görə də bu sahələr inkişaf etməyib. Enerji böhranının əsas səbəblərindən biri də yanlış enerji keçididir. Məsələ burasındadır ki, enerji keçidi Beynəlxalq Enerji Agentliyi və bura üzv olan dövlətlərin təşəbbüsü ilə baş verir. Hesab edirəm ki, xüsusilə pandemiya dövründən və Ukrayna ətrafında baş verən hadisələrdən sonra dünyanın enerji bazarlarının yenidən qurulması və yeni enerji-nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı addımlar atılır. Bütün məsələlər də bunun ətrafında cərəyan edir. Azərbaycan iqlim dəyişikliyi, azkarbonlu texnologiyaların tətbiqi, ətraf mühitin qorunması ilə bağlı bir çox sazişlərə imza atıb. Bizim bu cür çağırışlara qoşulmaqla dividentimiz beynəlxalq arenada imicimizi artırmaq olacaq. Yəni həyata keçirdiyimiz layihələr yeni enerji keçidi ilə bağlı beynəlxalq imicimizin yüksəlməsi ilə nəticələnəcək".
Müşviq Tofiqoğlu,
KONKRET.az   

Xəbərlər     Tarix: 10 sentyabr 2022

Oxşar xəbərlər

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır

Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini

Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb

Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

ABŞ körfəz ölkələrinə qabaqcıl süni intellekt çiplərinin satışını təsdiqləyib

ABŞ Körfəz ölkələrinə on minlərlə qabaqcıl süni intellekt çipinin satışını təsdiqləyib. xəbər verir ki, ABŞ, BƏƏ mərkəzli süni intellekt şirkəti G42 və Səudiyyə Ərəbistanında yerləşən rəqibi Humain-ə on minlərlə inkişaf etmi

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Qızılın qiyməti düşüb

Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku

ABŞ-da işsizlik sığortası müraciətləri azalıb

ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y


iqtisadi xeberler avtomobil xeberleri bitkoin qiymeti dollar məzənnəsi valyuta kurslari