Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
®Expressbank ASC 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətlərin nəticəsi olaraq Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan "Bankçılıq mükafatları – 2025" layihəsi çərçivəsində mühüm uğurlar əldə etmişdir. Bank, fəaliyyətinin əsas istiqamətlərini təşkil edən sosial məsuliyyət, təhsilə dəstək, maliyyə savadlılığının təşviqi və ESG (ekoloji, sosial və idarəetmə) prinsipləri üzrə yüksək qiymətləndirilərək qalib elan olunmuşdur.
Belə ki, Expressbank "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığı", "Təhsil dəstəkçisi" və "Dayanıqlı bankçılıq" (ESG) nominasiyaları üzrə ümumilikdə 4 kateqoriyada fərqlənmişdir.
Qazanılan bu nailiyyətlər bankın yalnız maliyyə göstəriciləri ilə deyil, eyni zamanda cəmiyyətə, ətraf mühitə və sosial rifaha verdiyi töhfələrlə də seçildiyini nümayiş etdirir. Bununla yanaşı, Expressbank ictimai məsuliyyətin artırılması və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə sadiqliyini bir daha təsdiq etmişdir.
Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Cash Back nədir?