Bu BOKT-ın xalis mənfəəti 80 dəfəyə yaxın artıb
Bank Olmayan Kredit Təşkilatı "Effektinvest" MMC 2023-cü ili 181 min 620 manat xalis mənfəət ilə başa vurb. Təşkilat 2022-ci ili 2 min 291 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Effektinvest"in 2023-cü ildə xalis mənfəəti 2022-ci illə müqayisədə 79 dəfədən çox artıb.
Marja.az xəbər verir ki, ötən il "Effektinvest"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 423 min 603 manat və ya 43,7% artaraq 1 milyon 391 min 990 manata çatıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ötən il kredit təşkilatının cəmi aktivləri 709 min 81 manat və ya 48,5% artaraq 2 milyon 169 min 830 manata yüksəlib.
2023-cü ildə BOKT "Effektinvest" MMC-nin nizamnamə kapitalı 1 milyon manata çatdırılıb.
Xəbər verdiyimiz kimi BOKT "Effektinvest" MMC istiqraz buraxılışı yolu ilə 500 min manat cəlb edir. İstiqrazların sayı 500 ədəd, hər birinin nominal dəyəri 1000 manat təşkil edir. İstiqrazların tədavül müddəti 5 il, illik faiz dərəcəsi 14%-dir.
Bank Olmayan Kredit təşkilatı "EFFEKTİNVEST" Məhdud Məsuliyyətli Cəmiyyəti 25 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş BKT-15 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir.
BOKT "EFFEKTİNVEST" MMC-nin əsas payçıları Fərid Köçərli (51%) və Şirin Cavadovdur (47,5%).




"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt