Bu gün Mərkəzi Bank növbəti dəfə faiz qərarını açıqlayacaq
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 18 sentyabr 2024-cü il tarixində saat 11:00-da yayımlanacaqdır.
Qeyd edək ki, 31 iyul 2024-cü il tarixində açıqlanamış qərara görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Qərar 1 avqust 2024-cü il tarixindən qüvvəyə minib.
Qeyd edilmişdi ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Mərkəzi Bank qeyd etmişdi ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Maydan başlayaraq Azərbaycanda illik inflyasiya sürətlənsə də, Mərkəzi Bankın hədəfi (2 faiz -6 faiz aralığı) daxilindədir. Bu səbəbdən növbəti iclasda da faizlərin dəyişməz saxlanılacağı ehtimalı yüksəkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin avqust ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3 faiz, qeyri-qida məhsulları üzrə 1,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz yüksəlib. İllik inflyasiya avqustda 0 faiz, mayda 0,3 faiz, iyunda 1,1 faiz, iyulda isə 2,7 faiz təşkil etmişdi. / marja.az

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət