Bu gün Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Bu gün Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsi ilə bağlı qərar verəcək, həmçinin ortamüddətli proqnozunu yeniləyəcək.
Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının faiz dərəcəsini artıracağı gözlənilir. Eyni zamanda artım addımı ilə bağlı fikirlər fərqlidir.
Sorğuda iştirak edən ekspertlərin əksəriyyəti uçot dərəcəsinin 1 bənd artırılaraq 19%-dən 20%-ə qaldıracağını proqnozlaşdırır. Mərkəzi Bankın uçot dərəcəsini 21%-ə, hətta 22%-ə qaldıracağını gözləyənlər də var.
Qərar Bakı vaxtı ilə saat 14:30-da açıqlanacaq. Saat 16:00-da Mərkəzi Bankın sədri Elvira Nabiullinanın mətbuat konfransı başlayacaq.
Rusiya Mərkəzi Bankının inflyasiya üzrə proqnozunu yuxarıya doğru yenidən nəzərdən keçiriəcəyi gözlənilir.
Güman edirik ki, Mərkəzi Bank tədricən uçot dərəcəsini artıracaq, iqtisadiyyatı izləyəcək və pul siyasətinin sərtləşdirilməsinin effekti görünməyə başlayanda monitorinq aparacaq.
Mərkəzi Bankın iclasında əsas faiz dərəcəsini artırmağa hazır olduğuna dair siqnal verəcəyi də gözlənilir.
Rusiya Mərkəzi Bankı növbəti iclaslarında (dekabr, fevral) əsas faiz dərəcəsini 22%-ə çatdıracağ proqnozlaşdırılır. Risk ssenarisində güman olunur ki, Mərkəzi Bank 2025-ci ildə əsas faiz dərəcəsini azaltmaya bilər, lakin lazım gələrsə, 22%-dən yuxarı qaldıra bilər.
İnvestorlar əsas faiz dərəcəsində daha aqressiv artımı, pul siyasətinin sərtləşdirmə tsiklində zirvəyə çatılması kimi qiymətləndirə bilərlər. Bu halda bazar, gözləntilərinə, faiz siyasətinin yumşaldılmasına daha erkən başlamağı daxil edə bilər.
"SberCIB"in analitikləri hesab edirlər ki, oktyabrın 25-də Rusiya Bankı əsas uçot dərəcəsini 21%-ə qaldıracaq. Onların fikrincə "tənzimləyici gələn il deinflyasiya impulsunu gücləndirmək üçün daha qətiyyətli hərəkət edəcək.
"Qazprombank" Rusiya Mərkəzi Bankının faiz dərəcəsini 20%-ə çatdıracağını gözləyir. Bank bu artımdan sonra 2025-ci ilin ortalarına qədər fasilə gözləyir ki, bu zamanda, dərəcələri azaltmağa başlamaq üçün əsaslar ola bilər.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?