Bu gün Türkiyə Mərkəzi Bankı 2024-cü ildə 5-ci dəfə faiz qərarını açıqlayacaq
Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2024-cü ildə 5-ci dəfə faiz qərarını açıqlayacaq. Marja.az xəbər verir ki, Bankın Pul Siyasəti Komitəsi bu gün saat 15.00-da qərarını bəyan edəcək. İqtisadçılar faiz dərəcəsinin dəyişməyəcəyini proqnozlaşdırır.
Pul Siyasəti Komitəsi Fatih Karahanın sədrliyi ilə toplanacaq.
Komitə sonuncu dəfə mart ayında uçot dərəcəsini dəyişib. Uçot dərəcəsi 50%-ə qaldırılıb.
Aprel iclasında isə TCMB faiz dərəcəsini sabit saxlayıb.
TCMB-nin yayacağı press-relizində verəcəyi mesajlar bazarların diqqət mərkəzində olacaq.
Bank əvvəlki qərarı zamanı yaydığı məlumatda maliyyə şərtlərinin sərt olmasına diqqət çəkib, onun gecikən təsirlərini vurğulayıb. Aylıq inflyasiyanın əsas tendensiyası azalana qədər sərt pul siyasətinin davam edəcəyi bildirilib.
Bu gün qərardan sonra paylaşılacaq məlumatda inflyasiyaya və pul siyasəti çərçivəsinə dair veriləcək mesajlara diqqət yetiriləcək.

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?