Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 50 faizdə saxladığı uçot dərəcəsi ilə (bir həftəlik repo faiz) bağlı növbəti qərarını bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq.
Marja.az xəbər verir ki, bazar proqnozlarına görə, TCMB-nin faiz dərəcəsini dəyişməz saxlayacağı gözlənilir. Türkiyədə inflyasiyanın 50 faizdən aşağı düşməsinə baxmayaraq, mərkəzi bankın faiz dərəcəsi inflyasiyadan yuxarı qalmağa davam edəcək.
Qərarın iqtisadiyyata və bazarlara necə əks olunacağı maraqla gözlənilir.
Mərkəzi Bank sentyabr ayında faiz qərarından sonra yaydığı press-relizində bildirilib ki, üçüncü rübün göstəriciləri daxili tələbin yavaşlamağa davam etdiyini və inflyasiya təzyiqlərinin azaldığını təsdiqləyib.
Əlavə olaraq bildirilib ki, xidmət inflyasiyasında yaxşılaşmanın ilin son rübündə baş verəcəyi gözlənilir. Əvvəllər bildirilmişdi ki, xidmət inflyasiyasında yüksək sürət davam edir və yavaşlaması prosesi ləngiyir.
TCMB pul siyasəti ilə bağlı istifadə etdiyi dildə də dəyişiklik edib. Əvvəlki mətndə "İnflyasiyanın əhəmiyyətli və qalıcı bir şəkildə pisləşməsi proqnozlaşdırılarsa, pul siyasəti mövqeyi sərtləşdiriləcək", yeni mətndə isə "pul siyasəti alətlərindən səmərəli istifadə ediləcəyi" ifadə edilib.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?