Bu həftə qlobal bazarlarda intensiv olaraq məlumatlar açıqlanacaq

Bu həftə qlobal bazarlarda intensiv olaraq məlumatlar açıqlanacaqÖtən həftə ABŞ-da proqnozların üzərində açıqlanan ÜDM göstəricilərindən sonra FED-in iqtisadiyyatı resessiyaya salmadan inflyasiyanı azaltmağı bacaracağı ehtimalları ilə ABŞ Fond Birjaları, xüsusilə də dollar dünya birjalarında bir qədər də yüksəldi. 
Açıqlanan son rəqəmlərə əsasən ABŞ iqtisadiyyatı dördüncü rübdə illik müqayisədə 3.3% artıb. Analitiklər isə göstəricinin 2% təşkil edəcəyini proqnozlaşdırmışdılar. Qeyd edək ki, bu, ÜDM-də dəyişikliklərin üç təxminindən birincisidir. Dördüncü rüb və 2023-cü il üçün yenilənmiş məlumatların dərci fevralın 28-nə, yekun açıqlama isə martın 28-nə planlaşdırılır.
Ötən həftə "S&P Global", "ABŞ-ın Biznes Dövrünün Barometri: Tənəzzül Riski Azalıb, Lakin İqtisadi Artım Potensialı Məhduddur" adlı hesabat dərc edib.
Kredit reytinqi agentliyinin sözügedən hesabatda verdiyi açıqlamada ABŞ-da qarşıdakı 12 ayda resessiya ehtimalının keçən ilin ortalarından etibarən azaldığı, lakin yüksək olaraq qaldığı bildirilib.
Açıqlamada, cari məlumatların inflyasiyanın aşağı düşməsi və əmək bazarının sağlam olması ilə istehlak sektorunda müsbət meyllər göstərdiyi, lakin xərclərin artımında istənilən qısamüddətli dövri artımın iqtisadiyyatın əsas artım potensialı ilə məhdudlaşdığı vurğulanıb.
İstehsal sektorunun yumşaq qalmağa davam etdiyinə diqqət çəkən açıqlamada, əsas risklər arasında Yaxın Şərqdəki münaqişələr və ABŞ Federal Ehtiyatlar Sistemindən (FED) gözlənilən monetar genişlənməni təhdid edəcək inflyasiyada potensial canlanmanın olduğu bildirilib.
Bu da öz növbəsində FED-in mart toplantısında ilk fazi endirimini reallaşdıracağı ehtimallarını xeyli azaldıb. Nəticədə, Dollar indeksi ötən həftə ərzində də artım tendensiyasını davam etdirərək 103.86 bəndə kimi yüksəldi. Lakin həftənin son ticarət günündə bir qədər gerilədi və həftəlik şamını DXY-da kritik müqavimət həddi hesab edilən 103.50 bənd səviyyəsində tamamladı. DXY bu həddin üzərində möhkəmlənə bilsə, dollarda artım tendensiyası daha da güclənə bilər.
Qeyd etmək lazımdır ki, bu həftə FED-in cari ilin ilk iclası, böyük texnologiya şirkətlərinin qazanc hesabatları və ABŞ-ın ən son əmək bazarı, xüsusilə də NFP hesabatı ilə bazarlarda hərəkətli bir həftə olacaq. Həmçinin İngiltərə Bankı 2024-cü ilin ilk monetar siyasət toplantısını keçirərkən, Avrozonada və Almaniyada dərc olunacaq Ümumi Daxili Məhsulun Həcmi və İstehlak Qiymətləri İndeksi kimi mühim iqtisadi göstəricilər bazarların diqqət mərkəzində olacaq.
FED Toplantısı
FED-in çərşənbə günü baş tutması nəzərdə tutulan toplantısında faiz dərəcələrini sabit saxlaması proqnozlaşdırılsa da, investorlar, FED rəsmilərinin çıxışlarında faiz dərəcələrini mümkün qədər tez azaltmağa başlamaq üçün inflyasiya ilə mübarizədə kifayət qədər irəliləyiş əldə edildiyinə inandığına dair hər hansı əlamət axtaracaqlar.
Qeyd edək ki, ən son açıqlanan güclü iqtisadi məlumatlar və FED rəsmilərinin faiz endirimlərinin gözlənildiyi qədər aqressiv olmaya biləcəyinə dair açıqlamalarından sonra investorlar FED-in ilk faiz endirimi ilə bağlı ehtimallarını mart ayından may ayına köçürdülər.
Cümə günü açıqlanan Şəxsi İstehlak Xərcləri (PCE) Qiymət İndeksi və "PCE Core" İndeksi göstəriciləri inflyasiya orta səviyyədə olsa da, şəxsi istehlak xərclərinin güclü qaldığını göstərdi və bu, qiymət təzyiqlərinin yenidən artmağa başlaya biləcəyi ilə bağlı narahatlıqlara səbəb oldu.
İnvestorlar, rəsmilərin son iqtisadi məlumatları necə şərh etdiyinə dair fikir əldə etmək üçün FED sədri Cerom Pavelin toplantıdan sonrakı mətbuat konfransındakı açıqlamalarını yaxından izləyəcəklər.
ABŞ-da Əmək Bazarı Hesabatı
FED-in faiz qərarından sonra ABŞ yanvar ayı məşğulluq hesabatını cümə günü açıqlayacaq və iqtisadiyyatın 177 min yeni iş yeri yaratması, əvvəlki aydakı 216 minlik məşğulluq artımını yavaşlatacağı ehtimal edilir.
Proqnozlaşdırılandan daha zəif məlumatlar, FED-in 2022-ci ildən bəri 525 baza bəndlik faiz artımının nəhayət iqtisadiyyat üzərində təzyiqlərinin hiss olunmağa başlandığını göstərə bilər. Ehtimal ediləndən daha yüksək əmək bazarı göstəriciləri isə mərkəzi bankın faiz dərəcələrini daha uzun müddət maksimum səviyyələrdə saxlaması üçün şərtləri dətəkləyə bilər.
İqtisadi təqvimə həmçinin çərşənbə axşamı "JOLTS" Boş iş yerləri və vakansiyalar Hesabatı və "Conference Board" İstehlakçı İnamı İndeksi məlumatları, bir gün sonra özəl sektorda məşğulluq hesabatı (ADP) və cümə axşamı günü İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı kimi göstəricilər də daxildir.
​EUR
Ötən həftəyə enişlə başlayan EUR/USD məzənnəsi Avropa Mərkəzi Bankının faiz dərəcələrini sabit saxladığı keçən həftə baş tutan son toplantısından sonra, bank sədri Kristin Laqardın qətiyyətsiz çıxışı fonunda eniş tendensiyasını davam etdirdi. Baş bankirin çıxışında monetar siyasətin gələcəyinə dair ipucları yaxalaya bilməyən investorlar avro alışlarında ciddi tərəddüdlər yaşadılar. Nəticədə, avro dollar qarşısında 1.0810 hədlərinə qədər gerilədi. Lakin, buradan "buğalar"ın dəstəyi ilə bir qədər toparlanan EURUSD məzənnəsi bir qədər bahalaşdı və həftəlik şamını 1.0850 səviyyələrində bağladı. 
Təhlillərə əsasən, EUR/USD məzənnəsində "buğalar" qiyməti 1.09$ səviyyəsinin üzərinə qaytara və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası artım tendensiyası ilə əvəzlənə bilər.
Cari həftə ərzində Avrozona və Almaniyada açıqlanacaq Ümumdaxili Məhsulun Həcmi, eləcə də, İstehlak Qiymətləri İndeksi göstəriciləri paritetdə tendensiyanın gedişinə ciddi təsir edə bilər. Həmçinin, investorlar cümə axşamı günü AMB sədri Kristin Laqardın çıxışında monetar siyasətin gələcəyinə dair ipucları arayacaq.
GBP
Ötən həftə ərzində 1.2775 hədlərinə qədər bahalaşan GBP/USD məzənnəsi burada "ayıları"ın ciddi müqavimətilə qarşılaşdı və bir qədər geriləyərək həftəlik şamını 1.2700 səviyyəsində tamamladı. 
Cari həftədə isə İngiltərə Mərkəzi Bankının (BoE) cümə axşamı keçiriləcək toplantısında faiz dərəcələrini sabit saxlayacağı, lakin inflyasiya yenidən yüksələcəyi təqdirdə faiz dərəcələrini yenidən artıracağına dair uzun müddətdir dəfələrlə təkrarladığı xəbərdarlığını geri götürəcəyi ehtimal edilir. Bankın həmçinin faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyələrdə qalacağına dair açıqlama verməsi də istisna edilmir.
Britaniyanın son iş yerləri hesabatı əmək haqqı artımının noyabr ayına qədər olan üç ay ərzində demək olar ki, bir ilin ən yavaş tempində artdığını, lakin açıqlanan inflyasiya hesabatının dekabrda İstehlak Qiymətləri İndeksinin gözlənilmədən 4%-ə yüksəldiyini göstərdi.
Böyük Britaniya iqtisadiyyatı 2024-cü ilə daha güclü bir notla başlasa da, keçən həftə açıqlanan məlumatlar göstərdi ki, Qırmızı dənizdə tədarükün kəsilməsi istehsal sektorunda inflyasiyanı yenidən alovlandırıb.
BoE, 2021-ci ilin dekabrından 2023-cü ilin avqustuna qədər faiz dərəcələrini 14 dəfə artıraraq, 2022-ci ilin sonunda inflyasiya 41 ilin ən yüksək səviyyəsinə - 11,1%-ə yüksəldikdən sonra uçot faiz dərəcəsini 5.25%-lə pik həddinə çatdırdı.
Cari həftə ərzində isə, İngiltərə ilə yanaşı, Amerikada və Avrozonada açıqalanacaq önəmli iqtisadi göstəricilər funt-sterlinqin də valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər. 
NEFT
Neft qiymətləri, Husilərin Qırmızı dənizdəki hücumları fonunda artan geosiyasi narahatlıqlar, ABŞ-da neft ehtiyyatlarının azalması və Çində iqtisadiyyatın stimullaşdırılması gözləntiləri ilə oktyabr ayından bəri ən güclü həftəlik artımını yaşadı.
Ötən həftəyə artımlarla başlayan "WTI" və "Brent" nefti həftənin son ticarət günündə də də artım tendensiyasını davam etdirdi və həftəlik şamlarını müvafiq olaraq, 78.05$ və 83.50$ səviyyələrində bağladılar.
Analitiklərin proqnozlarına əsasən "buğalar" qiyməti 83$ həddinin üzərində qoruyub saxlaya bilsələr, "Brent" nefti yenidən 85.10$ və 87$-a kimi bahalaşa bilər. 80$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 79$ və 77$ səviyyələri çıxış edir. 
XAU/USD
Ötən həftəyə 2048$ səviyyəsində start verən qızıl, gedişatda 2038$-a kimi bahalaşsa da, burada "ayılar"ın müqavimətilə qarşılaşaraq yenidən 2009$-a kimi ucuzlaşdı. 
Həftənin sonuna doğru qızıl ABŞ iqtisadiyyatının dördüncü rübdəki artımının proqnozları aşmasından sonra məhdud yüksəliş yaşadı. Həftəlik şamını 2018$ səviyyəsində bağlayan "sarı metal"ın qiyməti, aktuallığını qoruyan dolların bahalaşma ehtimalları fonunda eniş meyllərini saxlayır. FED-in faiz endirimi ehtimallarının ertələnməsi fonunda "ayılar" satış həcmlərini artırarlarsa, 2000$ səviyyəsi yenidən test edilə bilər. 
Digər tərəfdən analitiklər hesab edirlər ki, qızıl qiymətləri bu həftə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasətinə dair növbəti addımları ilə bağlı ipucu verə biləcək məlumatların dərci ərəfəsində ikinci həftəlik itkisinə hazırlaşır.
Təhlillərə əsasən qiymətli metalın dəyəri 2000$-lıq dəstək səviyyəsini qoruya bilsə, satış meylləri alış əməliyyatları ilə əvəzlənə bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 29 yanvar 2024

Oxşar xəbərlər

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2024-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 31 milyard 542,5 milyon manat vəsait daxil olmuşdur. Dövlər Statistika Komitəsinin aylıq hesabatında qed edilib ki

Gələn il büdcədən bu quruma 10.3 milyon manat ayrılması proqnozlaşdırılır

2025-ci ildə dövlət büdcəsində Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun fəaliyyət xərcləri üçün 10.3 milyon, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnam

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bazar ertəsi günü beynəlxalq birjalarda dollar major valyutalar qarşısında ucuzlaşdı. Belə ki, EUR/USD valyuta cütlüyü 1.0516 səviyyəsindən 1.0606 səviyyəsinə qədər artım göstərdi. GBPUSD cütlüyü eyni dövr ərzində 1.260

Azərbaycanın neft və qazdan gəlirləri kəskin düşüb- 6,7 MİLYARD DOLLARLIQ AZALMA

2024-cü ilin 10 ayı ərzində Azərbaycandan 19 milyard 934 milyon 763 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsini aylıq statistikasına istinadən xəbər verir. VTB-d

"Kölgə iqtisadiyyatı"nın ləğvinə dair aparılan iş əhəmiyyətli dəyişikliklər yaradıb"

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı aparılan işlər həm dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində, həm də iqtisadi dövriyyənin şəffaflaşmasında əhəmiyyətli dəyişikliklər yaradıb

"Son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb, narahatlığı biz də bölüşürük"

Büdcə qaydasında dəyişiklik edilməsinin müəyyənləşməsi yalnız ortamüddətli dövrün sonuna nəzərdə tutulub. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbayca

Kartdan-karta köçürmə üsulu ilə işləyən 170-ədək obyektə sanksiyalar tətbiq olundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarə

APPLE-ın şirkəti Azərbaycanda qeydiyyata alındı - VƏTƏNDAŞLARDAN ƏDV TUTULMAYACAQ

"Apple" ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) paylanması və satışı ilə məşğul olan "Apple Distribution International Limited" şirkəti Azərbaycanda Respublikasınd

"Daxili borcun artması maliyyə bazarının kifayət qədər inkişafına səbəb olmayıb"

Azərbaycanda daxili borcun həcminin artması maliyyə bazarının kifayət qədər inkişafına səbəb olmayıb, lakin büdcə xərclərinin artmasına gətirib çıxarıb. Bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci i


iqtisadi xeberler bitkoin qiymeti bu gunun xeberleri dollar məzənnəsi biznes qurmaq