Bu il Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 61.3 milyon manat güzəştli kredit verib.
Bunu Fondun sədrinin müşaviri Namiq Zeynalov deyib.
Onun sözlərinə, bu vəsait 1 684 layihə üzrə ödənilib: "Layihələrin reallaşdırılması nəticəsində 963 yeni iş yerinin yaradılması nəzərdə tutulur".
N. Zeynalov, 2023-cü ildə SİF tərəfindən ümumi dəyəri 459.9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193.8 milyon manat güzəştli kreditin verildiyini bildirib. Bu kreditlər hesabına 3 000-dən çox yeni iş yerinin açılması üçün imkanı yaranıb. Verilmiş kreditlərin 46.4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5.5%-i xidmət sahələri, 4.5%-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür. / banker.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
ABB partnyorları ilə görüş ®
Türk İnkişaf Bankı yaradıla bilər
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Layihə menecmenti nədir?
Az pulla hansı işi qurmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Necə Bitcoin almaq olar?