Bu il büdcə kəsiri proqnozdan az olacaq – Palata

Bu il büdcə kəsiri proqnozdan az olacaq – PalataYenidən baxılan dövlət büdcəsi layihəsində dövlət büdcəsinin kəsirinin 764,3 mln. manat artırılaraq 3354,3 mln. manat olması nəzərdə tutulub. Təqdim edilmiş məlumatlara əsasən, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin olunacağı qeyd edilib.
Bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilib.
Məlumata görə, cari ilin dövlət büdcəsinin 4 aylıq icra göstəricilərinə əsasən Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə köçürülən transfertin proqnoza uyğun icrası fonunda əsas gəlir inzibatçıları üzrə Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi üzrə, habelə sair gəlirlər üzrə nəzərdə tutulmuş məbləğdən əhəmiyyətli dərəcədə artıq yığımlar büdcədə profisiti (2509,9 mln. manat) şərtləndirib.
Dövlət büdcəsinin həm neft, həm də qeyri-neft sektoru üzrə gəlirlərində mövcud potensialın bir hissəsinin büdcənin icrası prosesində reallaşması xərclərin isə proqnoza nəzərən az icra edilməsi ehtimallarının olması fonunda 2024-cü ildə gözlənilən büdcə kəsirinin proqnozlaşdırılan məbləğdən az olacağını (vahid xəzinə hesabının sərbəst qalığından büdcədənkənar xərclərin maliyyələşdirilməsinə ayrılan vəsaitin büdcədənkənar gəlirlərdə tanınmaması kəsir üzrə icra göstəricisini bir qədər proqnozlara yaxınlaşdıra bilər) deməyə imkan verir. / banker.az

Xəbərlər     Tarix: 27 may 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler bitcoin bitkoin almaq dollar mezenne dollar məzənnəsi