Bu sahibkar böyük şirkətlərdən daha çox ixrac gəliri əldə edib - 52,5 MİLYON DOLLAR
Şirinov Elvin Valeh oğlu 2023-cü ilin yanvar-iyun ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 2-ci yeri tutub.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın iyul sayına istinadən xəbər verir ki, Şirinov 2023-cü ilin 6 ayında 52,5 milyon dollarlıq mallar ixrac edib. Fərdi sahibkarın ixracının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıb. O, 2022-ci ilin 6 ayında 13,2 milyon dollarlıq ixraca nail olmuşdu.
Elvin Şirinov ixracın məbləğinə görə yalnız pambıq istehsalçısı olan "MKT İstehsalat Kommersiya" MMC-dən geri qalır.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın "Yanvar 2023" sayında 2022-ci ilin yanvar-dekabr aylarında qeyri-dövlət ixracatçı subyektlərin reytinqini dərc etmədiyindən ötən il Elvin Şirinovun ixrac məbləği məlum deyil. Onun ixracının məbləği 2022-ci ilin yanvar-noyabr dövründə 41,5 milyon dollara çatmışdı və reytinqdə 5-ci yeri tutmuşdu.
2021-ci ildə Elvin Şirinov qeyri-dövlət (özəl) ixracatçı subyektlərinin reytinqində yer almamışdı.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.
Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.


Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları