"Bundesbank" 45 ildə ilk dəfə zərər edib
Almaniyanın ən böyük banklarından biri olan "Bundesbank" Avropa Mərkəzi Bankının (ECB) faiz siyasəti nəticəsində 1979-cu ildən sonra ilk dəfə ötən il rekord məbləğdə – 19,2 milyard avro zərər edib.
Bu barədə bankın prezidenti Yoaxim Nagel Frankfurtda təşkil olunan mətbuat konfransında məlumat verib.
O, bu zərərin qarşıdakı illərdə daha az olacağını proqnozlaşdırdığını bildirib.
ECB-nin davamlı faiz artımları nəticəsində "Bundesbank"ın maliyyə ehtiyatları əhəmiyyətli dərəcədə tükənib və ilin sonunda bankda cəmi 0,7 milyard avro ehtiyat qalıb. Buna baxmayaraq, faiz gəlirlərində azalma az olub. 2023-cü ildə bu azalma 13,9 milyard avro olduğu halda, ötən il bu rəqəm 13,1 milyard avro təşkil edib.
Ənənəvi olaraq, Maliyyə Nazirliyi "Bundesbank"dan büdcəyə illik təxminən 2,5 milyard avro ödəniş gözləsə də, bank ardıcıl beşinci ildir federal büdcəyə vəsait köçürə bilməyəcək. Bank sonuncu dəfə 2019-cu ildə 5,85 milyard avro mənfəət əldə edib ki, bu da maliyyə böhranından sonrakı ən yüksək göstərici olub.
"Bundesbank" sonuncu dəfə 45 il əvvəl – 1979-cu ildə zərər edib. Həmin vaxt bankın zərəri hazırkı hesablamalarla 2,9 milyard avro olub.
Qeyd edək ki, ECB 2022-ci ildən etibarən inflyasiyanı sabit saxlamaq üçün faiz dərəcəsini kəskin şəkildə artırıb, daha sonra isə yenidən endirmişdi. Artan faizlərin "Bundesbank"ın xərclərini artırmasına baxmayaraq, uzunmüddətli istiqrazlardan əldə edilən gəlirlər azalıb. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?