BVF Azərbaycan Mərkəzi Bankının xarici aktivləri üzrə proqnozunu təqdim edib

BVF Azərbaycan Mərkəzi Bankının xarici aktivləri üzrə proqnozunu təqdim edibBeynəlxalq Valyuta Fondu (BVF) 2026–2031-ci illər dövründə Azərbaycanın monetar göstəricilərində əhəmiyyətli struktur dəyişiklikləri gözləyir.
Bu barədə fondun məlumatında bildirilib.
BVF-nin 2023–2031-ci illər üzrə son proqnozlarına əsasən, Azərbaycanın xalis xarici aktivləri 2025-ci ildəki 25,8 milyard manatdan 2027-ci ildə 32,8 milyard manata qədər artacaq, bundan sonra isə 2031-ci ilədək 24,7 milyard manata qədər azalacaq. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2023-cü ildə 25,2 milyard manat, 2024-cü ildə isə 26,6 milyard manat təşkil edib.
BVF proqnozlaşdırır ki, Azərbaycan Mərkəzi Bankının xalis beynəlxalq ehtiyatları 2025-ci ildəki 21,8 milyard manatdan 2027-ci ildə 27,9 milyard manata qədər yüksələcək, lakin daha sonra tədricən azalaraq 2031-ci ildə 18,7 milyard manata düşəcək. Eyni zamanda, fondun qiymətləndirməsinə görə, kommersiya banklarının xalis xarici aktivləri proqnoz dövrü boyunca artmaqda davam edəcək – 2025-ci ildəki 5,2 milyard manatdan 2031-ci ildə 7,2 milyard manata qədər.
Bununla yanaşı, BVF orta müddətli perspektivdə xalis daxili aktivlərin əhəmiyyətli dərəcədə artacağını gözləyir. Bu göstərici 2025-ci ildəki 24 milyard manatdan 2031-ci ildə 51,1 milyard manata qədər yüksələcək və altı il ərzində iki dəfədən çox artacaq. 2023 və 2024-cü illərdə bu göstərici müvafiq olaraq 19,9 milyard və 20 milyard manat təşkil edib.
Daxili kreditləşmənin də artacağı proqnozlaşdırılır: 2025-ci ildəki 29,7 milyard manatdan 2031-ci ildə 54,1 milyard manata qədər. Ümumilikdə iqtisadiyyatın kreditləşdirilməsi isə eyni dövrdə 29,6 milyard manatdan təxminən 49,6 milyard manata qədər yüksələcək. / banker.az

Banklar     Tarix: 28 may 2026

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq