Çinin süni intellekti bazarları silkələdi - 1 TRİLYON DOLLAR "ƏRİYİB"

Çinin süni intellekti bazarları silkələdi - 1 TRİLYON DOLLAR Çinin "DeepSeek" startap şirkətinin ən son süni intellekt modelinin daha az çipdən istifadə edərək və digər beynəlxalq rəqiblərinə nisbətən daha qısa müddətdə inkişaf etdirilməsi qlobal texnologiya şirkətlərinin səhmlərinə satış təzyiqi yaradıb. Texnologiya nəhəngləri 24 saat ərzində böyük itkilərə məruz qalıb.
Marja.az xəbər verir ki, süni intellektin inkişafının məhsuldarlığı daha da artıracağı inamı son iki il ərzində birjalarda trilyonlarla dollar dəyərin yaranmasına səbəb olub. Süni intellekt inqilabının mərkəzində çip istehsalçısı Nvidia dayanır. Wall Street, şirkətin yüksək texnologiyalı çiplərinin rəqabətədə "aşılmaz bir qala" olduğunu düşünürdü. Nvidia-nın sürətli böyüməsi və rekord qazancı ardıcıl olaraq digər texnologiya şirkətlərini və Nasdaq Composite İndeksini üstələmişdi. İnvestorlar bu sürətin davam edəcəyinə ümid edirdilər.
Nvidia-dan tarixi itki
Lakin bazarlardakı bu nikbinlik öz yerini bədbinliyə verib. Çinin süni intellekt şirkəti "DeepSeek"in sürpriz inkişafı əsas texnologiya səhmlərini silkələyib. Nvidia-nın bazar dəyəri təxminən 600 milyard dollar azalıb və ən böyük gündəlik dəyər itkisini yaşayıb. Nvidia keçən həftə dünyanın ən dəyərli şirkəti idi.
Keçən həftə DeepSeek, OpenAI-nin ən müasir süni intellekt modelləri ilə bərabər performans göstərən AI modelini təqdim edib. Ancaq bir mühüm fərq var: DeepSeek, yaradıcı mühəndislik metodları hesabına daha az hesablama gücü tələb edir. Bu, gələcək süni intellekt modellərinin Nvidia-nın yüksək səviyyəli çiplərindən daha az asılı ola biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Çinin süni intellekti bazarları silkələdi - 1 TRİLYON DOLLAR Hansı səhm nə qədər ucuzlaşıb?
DeepSeek-in inkişafı Wall Street-i silkələyib. Nvidia-nın səhmləri 17 faiz ucuzlaşaraq oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. Çip istehsalçıları Broadcom və Micron Technology-nin səhmləri 10 faizdən çox ucuzlaşıb. S&P 500 texnologiya sektoru 5,6 faiz azalıb, bu, dörd il ərzində ən böyük gündəlik itkisidir. Dow Jones Market Data-ya görə, bazar ertəsi bu kəskin ucuzlaşmalar təxminən 1 trilyon dollarlıq ümumi bazar dəyərini silib.
Yaponiyanın çip sənayesini də vurub
Çin startapı DeepSeek-in süni intellektlə rəqabət qabiliyyəti ABŞ-ın bu sahədə liderliyini şübhə altına alarkən, Yaponiyanın çiplə əlaqəli şirkətlərinin səhmləri də ucuzlaşır. Yarımkeçirici avadanlığı təchizatçısı "Advantest"in səhmləri 10 faizdən çox, "Tokyo Electron" 3,6 faiz, "Renesas Electronics" isə 2,29 faiz ucuzlaşıb. Çip istehsalçısı "Arm"ın sahibi olan "Softbank Group"ın səhmləri 5,26 faiz dəyər itirib. 
Məlumat mərkəzi ilə əlaqəli səhmlər də zərbə alıblar; kabel və məftil istehsalçıları "Furukawa" və "Fujikura" şirkətlərinin səhmləri müvafiq olaraq 8,22 və 8,1 faiz ucuzlaşıb.
Çinin süni intellekti bazarları silkələdi
Süni intellekt dünyasında son dövrün ən diqqətəlayiq hadisələrindən biri Çin mərkəzli DeepSeek tərəfindən sənayeyə gətirilən böyük yeniliklər və bu yeniliklərin qlobal süni intellekt yarışına təsiridir. 
Hedc fond meneceri Liang Wenfeng tərəfindən qurulan DeepSeek, cəmi iki il ərzində böyük texnologiya nəhəngləri ilə rəqabət apara biləcək bir nöqtəyə çatıb. Şirkət R1 modelini 22 yanvar 2025-ci il tarixində buraxıb və insan nəzarəti olmadan avtomatik öyrənə və özünü təkmilləşdirə bilən böyük bir dil modeli təklif edir. R1 modeli cəmi 60 günlük inkişaf və təxminən 5,6 milyon dollar büdcə ilə optimallaşdırılıb. Bu uğurun arxasında duran əsas elementlərdən biri FP8 olub. Bu üsul modeli daha az GPU ilə öyrətməyə, xərcləri azaltmağa və enerji səmərəliliyini artırmağa imkan verir.
DeepSeek-in uğuru təkcə texnoloji yeniliklərlə deyil, həm də Çinin xarici siyasət çağırışlarına strateji uyğunlaşması ilə bağlıdır. ABŞ-ın Çinin qabaqcıl süni intellekt çiplərinə çıxışını məhdudlaşdırmaq səyləri Çin şirkətlərini innovasiya və səmərəliliyə diqqət yetirməyə sövq edib. DeepSeek tərəfindən hazırlanmış bu qənaətcil model Amerika texnologiya nəhənglərinin yüksək xərcli infrastrukturlarına alternativ hesab olunur.
Bazar reaksiyaları və qiymətləndirmələr
DeepSeek-in R1 modeli texnologiya nəhənglərinin bazardakı üstünlüyünü şübhə altına alan bir dönüş nöqtəsi olub. Nvidia, AMD və Super Micro kimi nəhənglərin səhmləri kəskin ucuzlaşıb. İnvestorlar geniş miqyaslı süni intellekt investisiyalarının səmərəliliyini yenidən qiymətləndirməyə başlayıblar.
Müəssisə kapitalı investoru Marc Andreessen sosial media platformasındakı paylaşımında bu hadisəni tarixin ən böyük dönüş nöqtələrindən biri kimi təsvir edərək, "DeepSeek R1 süni intellektin Sputnik anıdır" deyib.
Barclays-dan Mitul Kotecha, "Yüksək gömrük rüsumları və texnologiya şirkətlərinə qoyulan investisiya məhdudiyyətləri tətbiq olunduqca, Çinin innovasiyada nə qədər sürətlə irəlilədiyi aydın olur" deyib. 
Saxo Markets-in baş investisiya strateqi Charu Chanana, "R1 modeli göstərir ki, hazırkı liderlərin mövqelərini saxlaya biləcəklərinə zəmanət yoxdur. Çinin bu addımı gələcəkdə daha da gərgin rəqabətin olacağına işarədir",- deyib.
DeepSeek-in bu uğuru qlobal süni intellekt yarışında yeni bir dövrün qapısını açsa da, böyük texnologiya şirkətlərinin bu həftəki qazanc hesabatları prosesin gedişatını müəyyən etmək üçün kritik bir sınaq olacaq.
Çindəki "High-Flyer Capital Management" fondu tərəfindən dəstəklənən "DeepSeek", digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbə modeli "DeepSeek-R1"i yanvarın 20-də təqdim edib. Qısa müddətdə bütün dünyada intensiv şəkildə istifadə olunmağa başlayan süni intellekt modeli ABŞ-da yerləşən "ChatGPT"ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt tətbiqi olub.

Maraqlı     Tarix: 28 yanvar 2025

Oxşar xəbərlər

Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər

Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır. Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizm

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d


iqtisadi xeberler bu gunun xeberleri emlak xeberleri telefonla pul qazanmaq en son xeberler