Commerzbank gümüşün bahalaşacağını, qızılın isə ucuzlaşacağını gözləyir
Avropanın iri banklarından biri olan Commerzbank açıqladığı hesabatında gümüş və qızıl qiymətləri ilə bağlı proqnozlarını yeniləyib.
Marja xəbər ki, Bank 2024 və 2025-ci illərin sonu üçün gümüş üzrə qiymət proqnozlarını artırıb. Commerzbank 2024-cü ilin sonu üçün gümüşün unsiya qiyməti proqnozunu 29 dollardan 30 dollara qaldırıb və 2025-ci ilin sonu üçün proqnozunu isə 31 dollardan 32 dollara qədər yeniləyib.
Commerzbank 2024-cü ilin ikinci yarısında qızılın unsiyasının qiymətinin 2300 dollara düşəcəyini proqnozlaşdırıb.
Hazırda gümüş beynəlxalq bazarlarda 0,7 faiz ucuzlaşma ilə 30,8 dollara, qızıl isə 0,8 faiz ucuzlaşma ilə 2,375 dollara satılır. / marja.az
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur