COP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib - FOTO

COP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib - FOTOÖtən ay Bakıda keçirilmiş 29-cu BMT İqlim Dəyişikliyi Konfransı (COP29) Azərbaycanın iqtisadi inkişafına mühüm təkan verərək əhəmiyyətli təsirlə yadda qalıb.
"Mastercard Advisors" biznes konsultasiya xidməti tərəfindən hazırlanan və Mastercard-ın satış nöqtələri üzrə (POS) xərc məlumatlarına əsaslanan hesabatda COP29-un Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı əsas göstəricilər bu qlobal tədbir sayəsində əldə edilmiş böyük iqtisadi irəliləyişi nümayiş etdirir.
Turizm sektorunda rekord artım
COP29 həftəsində Azərbaycana turist axını 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 148% artıb. Bundan əlavə, bu rəqəm 2024-cü ilin F1 həftəsi ilə müqayisədə 16 dəfə çox olub və COP29-un qlobal səviyyədə marağa səbəb olduğunu göstərib.
Tranzaksiyaların həcmi və regional təsir
Maliyyə əməliyyatlarında da oxşar tendensiya müşahidə edilib. Belə ki, əməliyyatların ümumi dəyəri 236%, sayı isə 178% artıb. Paytaxt Bakıdan kənar bölgələrdə isə tranzaksiyaların həcmi 128% yüksəlib ki, bu da tədbirin ölkə üzrə böyük təsirini nümayiş etdirir.
Qonaqlama və iaşə sektorunun inkişafı 
Qonaqlama və iaşə sektoru əsas COP29 dövründə yüksəliş əldə edən sahələr kimi fərqlənib. Mehmanxana və qidalanma üzrə xərcləmələr 400%-dən çox artaraq əsas sənayelərə iqtisadi səmərələr gətirib. Böyük məbləğli əməliyyatlarda da artım qeydə alınıb: 10 və 25 dollar dəyərindəki ödənişlər 200%-dən çox yüksəlib.
Qlobal turizm və xərcləmə trendləri
COP29 tədbiri Azərbaycanın qlobal səviyyədə turistik cəlbediciliyini də artırıb. Braziliya, Almaniya, ABŞ və Böyük Britaniya kimi əsas bazarlardan gələn ziyarətçilərin xərcləmələrində kəskin artım müşahidə olunub. Xüsusilə COP30-un ev sahibi Braziliyadan gələn ziyarətçilər mehmanxana xərcləmələrində 7 milyon faiz artım göstərərək rekorda imza atıblar. Eyni kateqoriyada Britaniya və Amerikadan olan ziyarətçilərin xərclədikləri vəsaitlər isə müvafiq olaraq 600% və 819% artım göstərib.
Bu nəticələr COP29-un dayanıqlı inkişaf üçün gücləndirici rolunu və Azərbaycanın qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir. Əldə edilmiş nailiyyətlər uzunmüddətli iqtisadi və ekoloji faydalara yol açaraq qlobal əməkdaşlığın gücünü yenidən nümayiş etdirir.
Mastercard haqqında
Mastercard dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birlikdə hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Geniş rəqəmsal ödəniş həllərini təşviq edərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanlar, bizneslər və hökumətlərə öz potensiallarını maksimum şəkildə reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər toplusu təqdim edir.
www.mastercard.com
COP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib - FOTOCOP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib - FOTOCOP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib - FOTOCOP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib - FOTOCOP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib - FOTO/ marja.az

Maliyyə     Tarix: 18 dekabr 2024

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler biznes xeberleri bitkoin online pul qazanmaq avtomobil xeberleri