COP29 sonrası "PAŞA Bank": Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək

COP29 sonrası Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" Azərbaycanın iqlim və davamlılıq təşəbbüslərinə dəstək məqsədilə dayanıqlı maliyyələşmə və ekoloji layihələrə investisiyalar istiqamətində fəaliyyətini gücləndirdiyini bəyan edib.
30 sentyabr – 3 oktyabr tarixlərində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində təşkil olunan panel müzakirələrində Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev çıxış edərək COP29-un Azərbaycanın maliyyə sektoruna təsirlərini və dayanıqlılıq istiqamətində bankların rolunu vurğulayıb.
Nağıyev çıxışında qeyd edib:
"COP29-dan sonra "PAŞA Bank" olaraq Azərbaycanın yaşıl keçidinə töhfə vermək üçün portfelimizi ekoloji və sosial meyarlara uyğunlaşdırır, dayanıqlı maliyyələşmə layihələrini dəstəkləyir və KOB-ların yaşıl keçidə cəlb olunmasına önəm veririk. İnanırıq ki, real təsir yalnız bütün maliyyə sektoru tərəfindən dayanıqlılıq prioritet kimi qəbul edildikdə mümkün ola bilər."
COP29 sonrası "PAŞA Bank" İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev əlavə edib ki, COP29 prosesi maliyyə sektorunda güclü dinamika yaradıb və bankların yalnız iqtisadi mənfəət gətirən deyil, həm də ekoloji və sosial baxımdan məsuliyyətli layihələri maliyyələşdirməsi gözlənilir. O, həmçinin yaşıl maliyyə bazarının inkişafı üçün qanunvericilik çərçivəsinin təkmilləşdirilməsinin və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinin vacibliyini qeyd edib.
BCAW2025 müxtəlif sahələrdə – siyasət, enerji, elm, maliyyə, gənclər sahibkarlığı, təhsil, moda, idman, mədəniyyət və digər istiqamətlərdə iqlim mövzusunda qlobal dialoqa şərait yaradır. Tədbir dünya liderlərini, mütəxəssisləri, sərmayəçiləri, sahibkarları, gəncləri və icmaları bir araya gətirir.
"PAŞA Bank" 2023-cü ildə BMT Qlobal Sazişinə qoşulub. Bankın "2024–2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası" BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə hazırlanıb. Strateji dövr ərzində "iqlim dəyişikliyinə qarşı mübarizə" Bankın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. / banker.az

Banklar     Tarix: 01 oktyabr 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler rubl mezenne leobank kart avtomobil xeberleri birbank