COP29 sonrası "PAŞA Bank": Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək

COP29 sonrası Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" Azərbaycanın iqlim və davamlılıq təşəbbüslərinə dəstək məqsədilə dayanıqlı maliyyələşmə və ekoloji layihələrə investisiyalar istiqamətində fəaliyyətini gücləndirdiyini bəyan edib.
30 sentyabr – 3 oktyabr tarixlərində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində təşkil olunan panel müzakirələrində Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev çıxış edərək COP29-un Azərbaycanın maliyyə sektoruna təsirlərini və dayanıqlılıq istiqamətində bankların rolunu vurğulayıb.
Nağıyev çıxışında qeyd edib:
"COP29-dan sonra "PAŞA Bank" olaraq Azərbaycanın yaşıl keçidinə töhfə vermək üçün portfelimizi ekoloji və sosial meyarlara uyğunlaşdırır, dayanıqlı maliyyələşmə layihələrini dəstəkləyir və KOB-ların yaşıl keçidə cəlb olunmasına önəm veririk. İnanırıq ki, real təsir yalnız bütün maliyyə sektoru tərəfindən dayanıqlılıq prioritet kimi qəbul edildikdə mümkün ola bilər."
COP29 sonrası "PAŞA Bank" İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev əlavə edib ki, COP29 prosesi maliyyə sektorunda güclü dinamika yaradıb və bankların yalnız iqtisadi mənfəət gətirən deyil, həm də ekoloji və sosial baxımdan məsuliyyətli layihələri maliyyələşdirməsi gözlənilir. O, həmçinin yaşıl maliyyə bazarının inkişafı üçün qanunvericilik çərçivəsinin təkmilləşdirilməsinin və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinin vacibliyini qeyd edib.
BCAW2025 müxtəlif sahələrdə – siyasət, enerji, elm, maliyyə, gənclər sahibkarlığı, təhsil, moda, idman, mədəniyyət və digər istiqamətlərdə iqlim mövzusunda qlobal dialoqa şərait yaradır. Tədbir dünya liderlərini, mütəxəssisləri, sərmayəçiləri, sahibkarları, gəncləri və icmaları bir araya gətirir.
"PAŞA Bank" 2023-cü ildə BMT Qlobal Sazişinə qoşulub. Bankın "2024–2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası" BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə hazırlanıb. Strateji dövr ərzində "iqlim dəyişikliyinə qarşı mübarizə" Bankın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. / banker.az

Banklar     Tarix: 01 oktyabr 2025

Oxşar xəbərlər

"Pul sadəcə yığılmamalıdır, işləməlidir" – Pərviz Qasımov AFB Bankın yeni yığım modelini izah edir

Stabil gəliriniz var, hər ay müəyyən məbləği kənara qoya bilirsiniz. Amma sual budur: həmin pul sadəcə hesabda qalmalıdır, yoxsa sizin üçün əlavə gəlir də yaratmalıdır?. AFB Bankın Pərakəndə Bankçılıq üzrə İcraçı direktor

"Xalq Bank" ilk 6 ayı 13,5 milyon manat xalis mənfəət ilə başa vurub

Ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank" 2026-cı ilin 1-ci yarısının (yanvar-iyun) maliyyə göstəricilərini açıqlayıb. Bankın yaydığı press-relizdə bildirilir ki, hesabat dövrünün sonuna Bankın aktivlər

ABB ilk yarımildə 903 mln. manat gəlir, 251 mln. manat xalis mənfəət əldə edib

Ölkənin ən iri bankı ABB (BFB-də səhm kimi $ABBNK) 2026-cı ilin ilk yarısını 250,6 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 61,2% çoxdur. xəbər verir ki, mənfəətin artımına xali

TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb

"Premium Bank"ın ilk yarımildə 9 mln. manat üzərində xalis mənfəət əldə edib

"Premium Bank" ASC 2026-cı ilin ilk yarısını 9,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon manat və ya 47,8% çoxdur. bankın maliyyə hesabatına istinadən xəbər veri

Azərbaycanda islam bankçılığı bazarının genişlənməsi gözlənilir – AMB-nin baş direktoru Şahin Mahmudzadə

Azərbaycanda müvafiq qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsi ilə həm islam bankçılığı məhsulları təqdim edən bankların, həm də təqdim edilən məhsul çeşidinin sayının artması gözlənilir. Bunu Azərbaycan Mərkəzi Bankını

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir

ABB 10 iyul 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə start verir. Bu mərhələdə Bank kapital bazarına 7-ci istiqraz buraxılışını təqdim edəcək. Emissiyanın ümumi həcmi 5 00 00 AZN-dir. İstiqrazları

"Azər-Türk Bank" ASC-nin fəaliyyətə başlamasının 31-ci ildönümü qeyd olundu

1995-ci il 11 iyul tarixində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə əsası qoyulan "Azər-Türk Bank" ASC-nin fəaliyyətə başlamasının 31-ci ildönümüdür. Azərbaycanın müstəqillik tarixində yeni iqtisadi islahatları

Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başlatdığı kampaniyanı cari ilin 31 iyul daxil olmaqla, həmin tarixədək davam etdirir. Kampaniya zamanı Banka müraciət edən şəxslər illik faiz dərəcəsi 9,9%-dən başlaya


iqtisadi xeberler depozit faizleri bitkoin qiymeti biznes xeberleri internetden pul qazanmaq