Daha bir bank bağlandı – Əhali Banklara əmanət yerləşdirərkən nəyə diqqət yetirməlidir?

Daha bir bank bağlandı – Əhali Banklara əmanət yerləşdirərkən nəyə diqqət yetirməlidir?Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı daha bir bankın lisenziyasını ləğv etdi. "Muğan Bank" ASC artıq fəaliyyət göstərməyəcək. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr müvәqqәti inzibatçıya keçib. Bu 2023-cü ildə qeydə alınan ikinci hadisədir. Bundan öncə isə "Günay Bank" ASC eyni səbəbdən lisenziyası ləğv edilmişdi.
Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Rəqəmlər göstərir ki, Muğan Bankın müflis olması bank sektorunun maliyyə dayanıqlığı üçün təhdid yaratmır.
Müflis elan edilən bankın internet səhifəsi də artıq aktiv deyil. Mərkəzi Bankın elan etdiyi rəqəmlər ilə yanaşı Muğan Bankın fəaliyyəti ilə bağlı digər bir sıra göstəririclər də diqqəti cəlb edir. 1 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, aktivlərin həcminə görə Muğan Bank Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni, aktivlərin həcminə görə banklar arasında ən sonuncu yerlərdə qərarlaşmamışdı. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. Muğan Bankın həmin müddətdə aktivləri 18.9 faiz azalıb.
Digər tərəfdən, bu ilin ilk 9 ayında 3 bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan Muğan Bank həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub.
Mərkəzi Bankın açıqlamasında bankın ümumi kredit portfelinin həcmi açıqlanmayıb. Bununla yanaşı, baş bank bildirib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216.7 milyon manat təşkil edir. Mərkəz Bank elan edib ki, bankın əmanətçilərinin say etibarı ilə 99.9%-nin əmanətləri kompensasiya olunacaq.
Bununla yanaşı, üçüncü rübün yekunlarına əsasən, Muğan Bankda depozitlərin həcmi 322 milyon 478 min manat olub. Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə o zaman Muğan Bankın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub.
"Muğan Bankın müflis olması bir daha göstərir ki, vətəndaşlarımız əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər"- deyə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyir.
"Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz"- deyə, o qeyd edir.

Banklar     Tarix: 19 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta xeberleri bitcoin rubl mezenne telefonla pul qazanmaq