Daha bir qurum sahibkarlardan sənədləri "Bakı KOB evi"ndə QEBUL EDƏCƏK
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır şəhadətnamələrin təhvil verilməsi 19 avqust tarixindən etibarən "Bakı KOB evi"ndə təşkil olunacaq.
"Bakı KOB evi"ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
FED.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, məqsəd agentlikdə həyata keçirilən islahatların davamı olaraq operativlik, şəffaflıq, peşəkarlıq səviyyəsinin artırılması, vətəndaşların vaxt itkisinin azalması, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Belə ki, agentlik tərəfindən "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın, habelə müvafiq sahə üzrə milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla "Bakı KOB evi"ndə aşağıdakı xüsusi hazırlıq kursları üzrə müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi təmin ediləcək:
– "Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya" (yalnız gəmilərin sıravi heyət üzvləri üçün);
– "Gəmidə ilk tibbi yardım";
– "Gəmidə tibbi nəzarət";
– "İzdihamın idarə olunması üzrə hazırlıq";
– "Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq";
– "Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq";
– "Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat";
– "Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı";
– "Gəmi mühafizəsi üzrə məsul şəxs".
Dənizçilərdən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
– Şəxsiyyəti təsdiq edən sənəd;
– Peşəsi haqqında nəzəri və ya işçi diplom;
– Dövlət Dəniz və Liman Agentliyi tərəfindən uyğunluq haqqında Şəhadətnamə verilmiş tibb müəssisələrindən sağlamlıq haqqında arayış (dənizçinin tibbi sertifikatı);
– Yenilənməsi üçün müraciət edilən xüsusi hazırlıq şəhadətnaməsi;
– Ümumvətəndaş pasportu (yalnız xarici sularda üzən dənizçilər üçün);
– Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz);
– Üzmə haqqında arayış (müvafiq təyinatlı gəmidən son 5 ildə 12 aylıq və ya son 6 ayda 3 aylıq), gəmilərdə işlərə cəlb olunan qeyri-dənizçilər və ya sənaye işçiləri üçün iş yerindən müvafiq sahə üzrə arayış (12 aylıq).
Qeyd edilən tarixədək adıçəkilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi agentliyin inzibati binasında həyata keçiriləcək.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi
1000 manatla hansı biznesi qurmaq olar?