Daha bir xarici qurum Türkiyə Mərkəzi Bankının kəskin faiz artıracağını gözləyir
Türkiyədə iqtisadi rəhbərliyin Mehmet Şimşəkə keçməsindən sonra xarici qurumlar bir-bir Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) siyasət faizində kəskin artım proqnozu verirlər.
Marja.az xəbər verir ki, "SocGen"in ardınca "JPMorgan" da iyun toplantısında Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) iddialı faiz artıracağını proqnozlaşdırır.
Bazar ertəsi ABŞ bankı JPMorgan tərəfindən verilən məlumatda, TCMB-nin 22 iyunda və ya "bəlkə də daha tez" pul siyasəti iclasında uçot dərəcəsini 25 faizə qaldıra biləcəyi qeyd edilib.
JPMorgan iqtisadçıları bildiriblər: "İyunun 22-də keçiriləcək iclasda və ya bəlkə də ondan əvvəl siyasət dərəcəsinin indiki 8,5 faizdən 25 faizə qaldırılacağı ehtimalı var. Biz ilin sonuna 30 faiz olan uçot dərəcəsi proqnozumuzu dəyişmək fikrində deyilik".
SocGen 6,5 faiz bəndi artım gözləyir
Fransanın iri maliyyə xidmətləri şirkəti "Societe Generale" ("SocGen") Türkiyə ilə bağlı yeni təhlilində TCMB-nin uçot dərəcəsini 22 İyunda 15 faizə qaldırılacağını proqnozlaşdırıb.
Qurumun müştərilərinə göndərdiyi məlumatda, Türkiyə ilə bağlı əsas risklərin ortodoksal (ənənəvi) siyasətə qayıtmamaq və yeni iqtisadi rəhbərliyin ixracı dəstəkləmək üçün valyutanı zəiflətməsi ehtimalıdır.
Qurum, TCMB-nin uçot dərəcəsini 22 iyunda 6,50 faiz bəndi artıraraq 8,5%-dən 15%-ə çatdırılacağını, ardından iyul və avqust aylarında hər birində 5,00 faiz bəndi də artırılacağını gözləyir.
TCMB sədrliyi üçün adı hallanan Hafize Gaye Erkan Ankarada yeni xəzinə və maliyyə naziri Mehmet Şimşək ilə görüşüb. Bloomberg-in xəbərinə görə, bazar ertəsi səhər Ankaraya gələn Erkan daha sonra Şimşək tərəfindən qəbul edilib.
Həmçinin oxu
Türkiyə Mərkəzi Bankının kəskin faiz artıracağı, Lirənin bahalaşacağı proqnozu verildi


Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi