Dayanıqlı, ekoloji təhlükəsiz və "yaşıl" zirvələrə doğru – birlikdə

Dayanıqlı, ekoloji təhlükəsiz və ®Qlobal iqlim dəyişikliyi, dünyada hər keçən gün daha ciddi və genişmiqyaslı təsirlər yaratmağa davam edir. İqlim dəyişikliyi ilə mübarizə, yalnız ekoloji deyil, həm də iqtisadi və sosial sahələrdə hər bir ölkə və beynəlxalq təşkilat üçün əsas prioritetlərdən birinə çevrilib.
COP29: qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı beynəlxalq əməkdaşlıq
Bu, məsələni effektiv şəkildə həll etmək və gələcək nəsillərə ekoloji cəhətdən təmiz bir planetin miras qoyulmasında mühüm rol oynayır. Qlobal səviyyədə davam edən iqlim dəyişmələrinin təsirini azaltmaq üçün bir çox ölkə, "yaşıl maliyyə" həlləri tətbiq edərək, iqtisadi inkişafı ekoloji təmiz və bərpa olunan resurslara yönəltməkdədir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində daha da ön plana çıxıb.
2024-cü ildə Bakı şəhərində keçirilən COP29, Azərbaycanın qlobal iqlim siyasətinə verdiyi əhəmiyyətin və ölkəmizin yaşıl transformasiya yolundakı irəliləyişlərinin simvolu oldu. Bu mühüm tədbir, qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı beynəlxalq əməkdaşlıq və innovativ yanaşmaların tapılmasına dair yeni təşəbbüslərin müzakirə olunduğu bir platformaya çevrildi.
"PAŞA Bank"dan iqtisadiyyatın yaşıl transformasiyasına dəstək
Azərbaycan, həm beynəlxalq həm də yerli səviyyədə ekoloji və sosial məsuliyyətlərini qəbul edərək, iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün ardıcıl və məqsədyönlü addımlar atır. Bu kontekstdə, ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank", Azərbaycanın yaşıl maliyyə sahəsindəki təşəbbüslərini gücləndirərək, dayanıqlı iqtisadi inkişafın önündə getməkdədir. Bank, Azərbaycanda "yaşıl" layihələrə yönəlmiş sərmayələrini genişləndirərək, iqtisadiyyatın müvafiq transformasiyasını dəstəkləyir və gələcək nəsillər üçün daha dayanıqlı və təmiz ətraf mühitin yaradılmasına öz töhfəsini verir.
"PAŞA Bank"ın strateji məqsədlərindən biri, ətraf mühitin qorunmasını və enerji səmərəliliyini təşviq edən layihələrin maliyyələşdirilməsidir. Bank, Azərbaycanın yaşıl enerji keçidini dəstəkləmək üçün 10 milyon AZN ayıraraq, termal istiliklə işləyən rezervuarın inşasına qatılıb. Bu təşəbbüs, ölkənin dayanıqlı enerji təchizatı sahəsində əhəmiyyətli bir addım olaraq, Bankın "yaşıl" portfelini daha da şaxələndirir.
Bundan əlavə, "PAŞA Bank" ətraf mühitə mənfi təsir verməyən nəqliyyat növlərinə investisiyaları ilə də diqqət çəkir. "Xaliq Faiqoğlu" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində Bank 50 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və 5 ədəd elektrikli avtobusun idxalını maliyyələşdirib. Bu investisiyalar, Azərbaycanın şəhər mərkəzlərində daha təmiz ictimai nəqliyyatın təşviqinə və CO₂ emissiyalarının azalmasına xidmət edir.
Dayanıqlı, ekoloji təhlükəsiz və Ölkəmizin kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafı
"PAŞA Bank"ın yaşıl layihələrə olan dəstəyi yalnız enerji və nəqliyyatla məhdudlaşmır. Bank, Azərbaycanın kənd təsərrüfatı sektorunda da dayanıqlı inkişafa dəstək verir. Bank, su sərfiyyatını azaldan və kənd təsərrüfatının məhsuldarlığını artıran müasir suvarma texnologiyalarına 15 milyon AZN sərmayə qoyub. Bu təşəbbüslər, təkcə kənd təsərrüfatı sektorunu dəstəkləmir, eyni zamanda qlobal su ehtiyatları və qida istehsalı ilə bağlı dayanıqlı inkişaf məqsədlərinə uyğun gəlir. Əlavə olaraq Bank, mədən sənayesindəki əməliyyatları karbonsuzlaşdırmaq məqsədilə, dizel generatorların elektrik stansiyalarla əvəzlənməsinə dəstək verir.
"PAŞA Bank"ın bu sahədə dəstəklədiyi layihələr, yalnız bugünkü iqtisadiyyatın dayanıqlılığını deyil, həm də gələcək nəsillər üçün təmiz və təhlükəsiz bir dünya təmin etməyi hədəfləyir. Bu təşəbbüslər Azərbaycanın qlobal iqlim səhnəsində nüfuzunu artırmaqla yanaşı, ekoloji məsuliyyət və innovasiya yolunda beynəlxalq əməkdaşlığa yeni imkanlar və üfüqlər açacaq.
Dayanıqlı, ekoloji təhlükəsiz və / banker.az

Banklar     Tarix: 04 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi