Dələduzluğun 75%-i elektron ticarətlə bağlıdır - VİSA

Dələduzluğun 75%-i elektron ticarətlə bağlıdır - VİSARəqəmsal ödənişlər sahəsində dünya lideri Visa korporasiyası dələduzluq hallarını araşdırıb.
Marja-nın məlumatına görə, tədqiqatıda qeyd edilib ki, bədəməllər həm onlayn, həm də oflayn sistemlərində zəif nöqtələr arayıb onları öz gəlir mənbələrinə çevirməyə çalışırlar.   
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Pərakəndə ticarət pandemiyadan əvvəlki səviyyəyə qayıtdıqca, dələduzlar yenidən fiziki alış-veriş məkanlarının təhlükəsizlik sistemlərində zəif nöqtələri aramaqdadırlar və bununla yanaşı elektron ticarət sahəsində hiylə yolu ilə, o cümlədən ziyanəvər proqramlar, şantajçı proqramlar və fişinq hücumları vasitəsilə qanunsuz vəsait qazanmağa can atırlar," – deyərək Visa-nın risklərin idarə edilməsi üzrə direktoru Pol Fabara qeyd edib.
6 oktyabrda Visa ilə əməkdaşlıqda iki yeni qlobal araşdırma – Visa-nın "Təhlükələrə dair" ikiillik hesabatı (Visa Biannual Threats Report) və Massaçusets Texnoloji İnstitutunun "Rəqəmsal dünyada pul hərəkatı" adlı icmalı (Moving Money in a Digital World) dərc olunub. Bu hesabatlarda post-pandemiya iqtisadiyyatı üçün mövcud və yeni təhdidlər işıqlandırılır.  
Elektron ticarət və kripto istifadəçiləri – innovativ dələduzluq üçün cəlbedici hədəflər
Pandemiya nəticəsində inkişafı xeyli sürətlənmiş rəqəmsal ticarət kiber-cinayətkarlar üçün ən əlverişli sahə olaraq qalır.  
Visa-nın beynəlxalq risklər üzrə komandasının aşkar etdiyi dələduzluq və verilənlər sızması hallarının az qala ¾-ü elektron ticarət bazarının iştirakçıları ilə bağlıdır. Bunlar əsasən sosial mühəndislik, ziyanəvər proqramlar və fişinq hücumları ilə əlaqədar risklərdir. Elektron ticarət platformalarını və yanakı kodların inteqrasiyasını hədəfləyən rəqəmsal skimminq hücumları da olduqca geniş yayılıb. 
Bu təhdidlər qarşısında elektron mağazalar üçün internet saytlarında və ödəmə səhifələrində ciddi təhlükəsizlik tədbirlərinin görülməsi bir zərurətə çevrilir və onu nümayiş etdirir ki, kart sahiblərinin məxfi səhifələrində xarici kodların istifadəsinin qarşısını almaq üçün müvafiq zəmanətlər tələb olunur. 
Massaçusets Texnoloji İnstitutunun "Rəqəmsal dünyada pul hərəkatı" (Moving Money in a Digital World - MIT Technology Review) icmalı çərçivəsində keçirilmiş sorğuda respondentlərin 42%-i qeyd edib ki, təhlükəsizlik tədbirləri onların müştəriləri üçün həlledici əhəmiyyət kəsb edir, 59%-i isə etiraf edib ki, kiber-təhlükəsizliyə təhdidlər rəqəmsal ödənişlərin genişləndirilməsində ən böyük əngəldir. Bir çoxları artırılmış təhlükəsizlik vasitələrinə, o cümlədən rəqəmsal tokenlərə (32%), süni zəka və genişləndirilmiş qeydiyyat və giriş tələblərinə (42%) üstünlük verdiyini söyləyiblər.   
Ənənəvi valyutalara hücumlarla yanaşı, bədəməllər kriptovalyuta istifadəçilərinin aldadılması üçün yeni taktikalara, o cümlədən pul kisələrini nişanlayan brauzer üçün uzantı şəklində ziyanlı proqram təminatı, eləcə də fişinq və sosial mühəndislik sxemlərində yeniliklərə əl atırlar. Kripto-körpü xidmətləri də fırıldaq hədəfinə çevrilir. 2022 ilin yanvar və fevral aylarında üç böyük qarət hadisəsi nəticəsində kiber-quldurlar, müxtəlif kripto-körpü xidmətlərində zəifliklərdən yararlanaraq, 400 milyon ABŞ dollarından artıq qanunsuz vəsait əldə ediblər. / marja.az

Banklar     Tarix: 17 oktyabr 2022

Oxşar xəbərlər

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler leobank kart rubl mezenne en son xeberler kicik biznes