"Dəyişiklik təsdiq olunarsa qurunun oduna yaş da yanacaq. Bir sıra sahibkarlar əziyyət çəkəcəklər"
Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisə təqdim olunub. Çoxlarını narahat edən dəyişikliklərdən biri mikro sahibkarlıq subyektlərinə vergi güzəşti ilə bağlıdır.
Marja.az xəbər verir ki, Vergi üzrə mütəxəssis Teymur İslamlı bildirib ki, dəyişiklik təsdiq olunarsa qurunun oduna yaş da yanacaq, bir sıra sahibkarlar əziyyət çəkəcəklər:
"Belə ki, Məcəllənin 102.1.30 və 106.1.20-ci maddələrinə əsasən mikro sahibkarlıq subyektlərinin vergiyə cəlb olunan gəlirlərinin (mənfəətlərinin) 75 faizi gəlir və xərclərin uçotunun aparılması şərti ilə vergidən azaddır. Növbəti ildən qeyd edilən maddələrə bir şərt daha əlavə olunacaq. Belə ki, 75 faiz güzəştin tətbiq edilməsi üçün "mikro sahibkarların" orta aylıq işçi sayının 3 nəfərdən az olmaması nəzərdə tutulur. Dəyişikliyə rəvac verən səbəb bəllidir - bir sıra vergi ödəyiciləri "mikro sahibkarlar" vasitəsilə "xərc yaradaraq" mənfəətlərini, beləliklə də mənfəət vergilərini minimallaşdırırlar. Amma dəyişiklik bu formada təsdiq olunarsa qurunun oduna yaş da yanacaq. Bir sıra sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar əziyyət çəkəcəklər. Məsələn, işçi cəlb etmədən və ya 1-2 nəfər işçi ilə İT, dizayn, təlim xidmətləri göstərən şəxslər el arasında "5 faiz" vergisi deyilən anlayışla vidalaşıb gəlir (mənfəət) vergilərini güzəşt tətbiq edilmədən birbaşa 20 faiz dərəcə ilə ödəyəcəklər. Çıxış yolu olaraq isə həmin şəxslər əlavə işçi işə götürəcəklər, arvad-uşağın, dost-tanışın "adına" əmək müqaviləsi yazacaqlar. 2024-də "Ötən illə müqayisədə əmək müqavilələrinin sayı kəskin artıb" məzmunlu xəbərlər oxusanız təəccüb etməyin".
Qeyd edək ki, dəyişikliyin yeni fəaliyyətə başlayanlar üçün də çətinlik yarada biləcəyi qeyd olunur. Biznesin ilk aylarında gəlir əldə etməyən sahibkarlar azı 3 nəfər işçi üçün vergi, DSMF, icbari tibbi sığorta, işsizlik üzrə ödənişləri də həyata keçirməli olacaqlar.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət