Dollar İndeksi həftəyə yüksəlişlə başlayıb - GÜNƏ BAXIŞ

Dollar İndeksi həftəyə yüksəlişlə başlayıb - GÜNƏ BAXIŞKeçən həftə ABŞ-da banklarla başlayan gəlir hesabatı mövsümü investorların diqqət mərkəzində yer alarkən, artımla açıqlanan hesabatlar Amerika iqtisadiyyatına inamı bir qədər gücləndirib. Nəticədə Dollar İndeksi cari ticarət həftəsinə yüksəlişlə başlayıb.
"Bank of America", "Goldman Sachs", "Morgan Stanley", "Netflix" və "Tesla" kimi şirkətlərin maliyyə nəticələrinin bu həftə izləniləcəyini bildirən analitiklər, ABŞ iqtisadiyyatı ilə bağlı suallara balans hesabatlarında ciddi şəkildə aydınlıq gələ biləcəyini ehtimal edirlər.
Ölkənin 3 ən böyük regional bankının balans hesabatları isə bank sektorunda yaşanan problemlər səbəbindən ilin birinci rübündə depozitlərinin azaldığını göstərib. "State Street" və "M&T Bank"-ın hər birinin depozitlərinin həcmi 3% azalıb. "Charles Schwab"-ın əmanət itkisi isə 11% olub.
ABŞ Federal Ehtiyalar Sisteminin (FED) faiz artımlarına nə vaxt son verəcəyi ilə bağlı suallara cavab tapmaq ümidilə, investorlar FED rəsmilərinin açıqlamalarını izləməyə bu həftə də davam edəcəklər. Riçmond FED-in sədri Tomas Barkin dünənki açıqlamasında ABŞ-da inflyasiyanın FED-in 2%-lik hədəfinə qayıtmasına dair daha çox təsdiqin gərəkli olduğunu bəyan edib. 
Bu gün isə İngiltərədə açıqlanacaq əmək bazarı, Avrozonada və Almaniyada dərc olunacaq "ZEW" İqtisadi İnkişaf Proqnozu və Cari Vəziyyət İndeksləri, eləcə də Amerikada tikinti sektoruna dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvestAz şirkətinin analitikləri tərəfindən hazırlanıb.   / marja.az

Maliyyə     Tarix: 18 aprel 2023

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler investisiya bitcoin kripto bu gunun xeberleri