Dollar indeksində 100 bənd səviyyəsi mühümdür - GÜNƏ BAXIŞ
ABŞ iqtisadiyyatının ilin ilk rübündə ehtimalların üzərində artım performansı göstərməsi fonunda dollar indeksi cümə axşamı ticarət gününü artımla başa vurdu.
ABŞ Ticarət Nazirliyinin açıqladığı ilkin məlumatlara görə, bu ilin ikinci rübündə ölkədə ümumidaxili məhsulun həcmi (ÜDM) 2.4% artıb. Sözügedən dövrdə ölkə iqtisadiyyatının 1.8% böyüyəcəyi proqnozlaşdırılırdı.
Bundan əlavə, birinci rübdə 4.1% artan fərdi istehlak xərcləri qiymət indeksinin ikinci rübdə 2.6% artması və proqnozların altında qalması qiymət təzyiqlərinin azaldığını göstərir.
Həmçinin Amerikada ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı iyulun 22-də bitən həftədə 221 min nəfərə enərək son 5 ayın ən aşağı səviyyəsini görüb.
ABŞ-da uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş məhsulların sifarişləri proqnozlaşdırılandan daha çox - aylıq müqayisədə 4.7% - artarkən, malların ticarət balansı isə aylıq müqayisədə 4.4% azalaraq 87.8 milyard dollar təşkil edib.
Ölkədə gözlənilən mənzil satışları indeksi isə iyun ayında azalma ehtimallarının əksinə 0.3% artaraq fevral ayından bu yana ilk artımını qeyd etdi.
Digər tərəfdən, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) böyük bankların kapital tələblərinin artırılması təklifini təsdiqləyib. Noyabrın 30-na qədər ictimai rəy üçün açıq qalacaq təklifin iri banklar üçün kapital tələblərinin ümumilikdə 16% artması ilə nəticələnəcəyi təxmin edilir.
Bankların dəyişikliklərə uyğunlaşması üçün keçid müddəalarını da ehtiva edən təklif çərçivəsində iri banklar yeni sistemə keçidə 1 iyul 2025-ci il tarixindən başlamalı və 1 iyul 2028-ci il tarixindən etibarən tam uyğunluğu təmin etməlidirlər.
Bugün isə Almaniyada açıqlananacaq ÜDM-in həcmi və İstehlak Qiymətləri İndeksi göstəriciləri, eləcə də Amerikada dərc olunacaq şəxsi xərclərə dair statistiq rəqəmlər investorların diqqət mərkəzində olacaqdır.
Qeyd edək ki, hazırda 101.80 bənd səviyyəsində qərarlaşan DXY-da "ayılar" qiyməti 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altına qaytara bilsələr, dollarda eniş tendensiyası dərinləşə bilər. "Buğalar"ın güclü olduğu bir ssenaridə isə 103.50 bənd səviyyəsi olduqca önəmli psixoloji hədd olaraq aktuallığını qoruyur.
Məlumat İnvest - AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları