Dollar mövqelərini qoruyub saxlayır - GÜNƏ BAXIŞ
Beynəlxalq birjalarda dollar major valyutalar qarşısında öz mövqelərini qoruyub saxlayır. Belə ki, EUR/USD valyuta cütlüyü həftənin əvvəlindən eniş tendensiyasını davam etdirib və 1.0932 səviyyəsindən 1.0891 səviyyəsinə qədər ucuzlaşıb. GBP/USD cütlüyündə müvafiq dövr ərzində qiymət üfüqi olaraq dalğalandığının şahidi oluruq. USD/JPY cütlüyü isə demək olar ki, 150.000 həddinə qədər bahalaşıb. Məzənnə son dəfə qeyd olunan səviyyədə avqust ayının əvvəlindən ticarət olunurdu.
Bugün Yaponiyanın Sənaye Sektorunda İstehsal Həcmi göstəricisi dərc olunub. Verilən məlumatlara əsasən, sənaye istehsalı iyul ayı ilə müqayisədə avqust ayında 3.3% azalıb. Dərc olunan rəqəmlər analitiklərin proqnozlarını təkrarlayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Bitcoin" sentyabr ayının sonundan bu yana ilk dəfə 66500$ səviyyəsini aşıb. ABŞ-ın əsas fond indeksləri isə yüksəlirlər. Belə ki, "S&P 500" indeksi gün ərzində 5872 bəndlik rekord həddə çatıb. İnvestorlar öz növbələrində bir sıra şirkət hesabatları və fond bazarının yüksək qiymətləndirdikləri iqtisadi məlumatları maraqla gözləyirlər.
Həmçinin, bugün Böyük Britaniyada açıqlanacaq əmək bazarına dair statistik rəqəmlər və Avrozonada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi göstəricisi bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Analitiklər Birləşmiş Krallığda işsizliyin 4.1% səviyyəsində qalacağını, Avrozonada sənaye istehsalının isə 1.8% artacağını proqnoz edirlər. Eləcə də, Bakı vaxtı ilə saat 16:30-da Kanadada inflyasiya məlumatları açıqlanacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?