Dollar son 3 ayın ən aşağı səviyyəsində
ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışında cavab rüsumları tətbiq edəcəyini təkrarladıqdan sonra, dollar bir qədər bərpa olunub, lakin sonra eniş tendensiyasını davam etdirib. Valyuta son 3 ayda ən aşağı səviyyədə ticarət olunur.
Marja xəbər verir ki, valyuta bazarlarında qeyri-sabitlik davam edərkən, investorlar Trampın Meksika və Kanadaya tətbiq etdiyi yeni 25 faizlik tariflərin, eləcə də çərşənbə axşamı qüvvəyə mindiyi Çin mallarına 20 faizlik rüsumun qlobal ticarətə təsirini qiymətləndirirlər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kanada və Çin eyni gün cavab addımları atıb, Meksika prezidenti Claudia Sheinbaum da cavab verəcəklərini deyib, lakin təfərrüatları açıqlamayıb. O, rəsmi cavabı bazar günü elan edəcəyini bildirib.
ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər və artan ticarət gərginliyi bazarlarda dalğalanmalara səbəb olarkən, dollar indeksi 105,1-ə enib (Bakı vaxtı ilə saat 12:40-da 0,6% azalma ilə 105.13 olub)
Avronun qiyməti Çərşənbə günü 1,0688 dollara qədər qalxaraq üç ayın ən yüksək səviyyəsinə çatıb. Avronun bahalaşmasına Almaniyada hökumət qurmağa çalışan tərəflərin 500 milyard avroluq infrastruktur fondu yaratmaq və borclanma qaydalarını yumşaltmaq barədə razılaşmaları səbəb olub.
"Almaniyada borclanma limitinin gözləniləndən daha böyük yumşaldılması olarsa, bu, avronu daha da bahalaşdıra bilər"- "Commonwealth Bank of Australia"dan Carol Kong bildirib.
Funt sterlinq 1,2788 dollara düşüb, Yapon yeni də bir qədər ucuzlaşaraq 149,88-ə geriləyib.
Kanada dolları 0,2 faiz dəyər itirərək 1,4424-ə düşüb, Meksika pesosu isə müəyyən itkiləri geri qaytararaq 20,60-da qərarlaşıb.
Ticarət müharibəsinin iqtisadiyyata təsiri narahatlıq doğurur
"Convera"nın qlobal makrostrateqi Boris Kovaceviç, bazarlarda dolların istiqaməti ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda, "Ticarət müharibələrindən qaynaqlanan inflyasiya təzyiqləri ABŞ iqtisadiyyatının yumşaq eniş şansını təhdid edir. İnvestorlar uzun müddət ərzində iqtisadi artımın daha çox yavaşlamasından narahatdırlar" deyib. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən bahalı restoranları
Dünyanın ən dəyərli avtomobil şirkətləri