Dollar Trampın prezident seçiləcəyi ehtimalı ilə bahalaşıb
ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələ biləcəyi ilə bağlı gözləntilərin artması ilə dollar dəyər qazanıb.
Marja.az xəbər verir ki, Bloomberg Dollar Index Bazar ertəsi günü 0,44 faiz artımla avqustun 2-dən bəri ən yüksək səviyyəsi olan 1257,4 ilə bağlanıb.
Analitiklər bildirir ki, yaxınlaşan ABŞ seçkiləri və əlavə gömrük tarifləri bağlı narahatlıqları dolları dəstəkləməyə davam edə bilər.
"Bloomberg Intelligence"ə görə, Tramp administrasiyasının nisbətən daha yumşaq fiskal və daha sərt pul siyasəti addımları Dolların bahalaşacağı gözləntilərini gücləndirə, FED-in faiz endirimi siyasətini şübhə altına sala və daha yüksək gəlirlə daha güclü dollara yol aça bilər.
ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Trampı minimum əmək haqqının artırılmasına dəstək olub-olmayacağı ilə bağlı sualdan yayındığına görə tənqid edirdi. "Mən qəti şəkildə inanıram ki, minimum əmək haqqını artırmalıyıq",- Harris bazar ertəsi bildirib. Harrisin açıqlaması, Trampın Pensilvaniyadakı bir McDonalds-a baş çəkməsindən, önlük taxdığı və insanlara xidmət göstərdiyi qeyri-adi kampaniya fotosu çəkdirdikdən bir gün sonra reallaşıb. Kampaniya zamanı Trampa minimum əmək haqqının artırılması ilə bağlı sual verilib və Tramp "Mən bu haqda belə düşünürəm. Bu insanlar çox çalışırlar" cavabını verib.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?