Dollarda artım tendesiyası davam edə bilər - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da açıqlanana işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı 15 iyulda sona çatan həftədə 228 minə enərək son 2 ayın ən aşağı səviyyəsinə düşüb. Həmçinin ikinci əl ev satışları da iyun ayında aylıq müqayisədə 3.3% azalaraq 5 ayın ən aşağı səviyyəsinə düşüb.
Mənzil bazarında zəif statistikaya baxmayaraq, işsizlik müavinatı üçün müraciətlərin azalması fonunda dollar indeksi 101 bənd hədlərinə kimi yüksəlib. Nəticədə dollar digər major valyutalar qarşısında bahalaşıb.
Dünən ABŞ-da şirkətlərin açıqladığı ikinci rüb balans hesabatları investorların diqqət mərkəzində olub.
Cümə axşamı ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayan "Tesla" və "Netflix"-in səhmlərindəki ucuzlaşma diqqət çəkib.
Ümumi mənfəət marjı 18.2 faizə qədər azalan "Tesla"-nın səhmləri 10%-ə yaxın, gəlirləri analitiklərin proqnozlarının altında açıqlanan "Netflix"-in səhmləri isə 8%- dən çox ucuzlaşıb.
Qeyd edək ki, "Buğalar" DXY-da qiyməti 100 bənd səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, dollarda artım tendesiyası davam edə bilər.
Məlumat "İnvestAZ" İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları