Dövlət büdcəsində bəzi vergi və gömrük rüsumları üzrə proqnozlar artırılır
2025-ci ilin büdcə gəlirlərində gömrük rüsumlarından daxilolmalar 1 mlrd. 810 milyon manat proqnozlaşdırılır.
Bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. Bu isə 2024-cü il üzrə gömrük rüsumları üzrə daxilolmalardan 3% və ya 53 mln. manat çoxdur. Cari il üçün gömrük rüsumları üzrə daxilolmalar 1 mlrd. 757 mln. manat müəyyən edilib.
2025-ci ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 179 mln. manat artırılaraq 1 mlrd. 989 mln. manata, hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 27,9 mln. manat artırılaraq 392,6 mln. manata, əlavə dəyər vergisi üzrə proqnoz 222,3 mln. manat artırılaraq 8 mlrd. 326,2 mln. manata, sadələşdirilmiş vergi üzrə proqnoz 32 mln. manat artırılaraq 405 mln. manata, yol vergisi üzrə proqnoz 15,4 mln. manat artırılaraq 142,8 mln. manata, aksizlər üzrə proqnoz 287,7 mln. manat artırılaraq 1 mlrd. 840,7 mln. manata çatdırılıb.
Ölkə ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi üzrə proqnoz dəyişməyərək 37 mln. manat, idxal aksizləri üzrə proqnoz isə yenidən185 mln. manat müəyyən edilib. Hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz isə 418,6 mln. manat azaldılaraq 6 mlrd. 344 mln. manata endirilib.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
© APA / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?