Dubayda 40 mərtəbəli "Bitcoin Tower" tikiləcək

Dubayda 40 mərtəbəli Dubayda yerləşən daşınmaz əmlak şirkəti müasir dünyada rəqəmsal aktivlərin və kriptovalyutaların əhəmiyyətini nümayiş etdirmək üçün dünyanın ilk "Bitcoin Tower"ini inşa edəcək. Layihə mayın 24-də Dubayda keçiriləcək iqlim sammitində təqdim olunacaq.
Banker.az bu barədə Vc.ru-ya istinadən xəbər verir.
Bu, Dubayın bitkoinə hörmətini simvolizə edən və onun müəmmalı yaradıcısı Satoşi Nakamoto prinsiplərini təcəssüm etdirən 40 mərtəbəli möhtəşəm göydələn olacaq. Layihənin rəhbəri Salvatore Leggero hesab edir ki, qüllə rəqəmsal və fiziki dünyalar arasında körpü olmaqla daşınmaz əmlakda inqilab edəcək.
"Mənim təklif etdiyim şey – rəqəmsal və fiziki daşınmaz əmlak arasında körpü olan inqilabdır. "Bitcoin Tower" bu inqilabda iştirak etmək istəyən hər kəs üçün başlanğıc nöqtəsi olacaq", – deyə Salvatore Leggero bildirib.
Qüllədən əlavə, yeni tematik hotellər şəbəkəsi də tikiləcək. Mayın 21-də "EINpresswire"ın yazdığına görə, o da ilk kriptovalyutadan ilhamlanacaq, eyni zamanda blokçeyn və süni intellekt kimi qabaqcıl texnologiyalardan istifadə edəcək.
BƏƏ investisiya cəlb etmək və yeni iş yerləri yaratmaq məqsədilə ölkəni blokçeyn, kriptovalyuta və Web3 layihələri üçün rahat etmək istəyini daha əvvəl də nümayiş etdirib.
Məsələn, bu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinin "Hub71" layihəsi kapitalı 2 milyard ABŞ dollarından çox olan "Hub71+ Rəqəmsal Aktivlər" adlı yeni təşəbbüsü elan edib. Təşəbbüs Web3 sahəsində blokçeyn və metakainat kimi innovativ layihələrin inkişafına yönəlib.
Mart ayında isə BƏƏ-nin yeddi əmirliyindən biri olan Ras-Əl-Xayma rəqəmsal və virtual aktivlərlə məşğul olan şirkətlər üçün azad iqtisadi zona yaradacağını elan edib. Yeni azad iqtisadi zona ölkədə kriptovalyuta, blokçeyn və Web3 şirkətlərinə ev sahibliyi edən 40-dan çox azad iqtisadi zonalardan biri olacaq.

Kriptovalyuta     Tarix: 23 may 2023

Oxşar xəbərlər

"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

"Bitcoin"in qiyməti 74 min dollara yaxınlaşır - SON QIYMƏT

Qlobal kriptovalyuta bazarında əsas aktivlər üzrə qiymət artımı müşahidə olunur.  biznes və maliyyə xəbərləri portalı CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, son sutka ərzində bazarın ümumi kapitallaşması 3,30

Bitkoin ucuzlaşa bilər - Proqnoz

Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir. xəbər verir ki, vəziyyət artıq bir neçə gündür davam edir. Verilən proqnoz

"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya

İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız? . xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir. Belə ki, Unicapital-a məxsus UTrader platformasınd

Bitcoin bahalaşdı

Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8


iqtisadi xeberler leobank kart pul qazanmaq dollar kursu biznes qurmaq