Dünya Bankı: Azərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur

Dünya Bankı: Azərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddurAzərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur.
Əmək bazarı bülleteni hazırlanıb
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırladığı "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabatda bildirilir.
Sənədə əsasən, qadınların 62 %-i, kişilərin isə 75 %-i işçi qüvvəsi kimi çıxış edir, qadınların 58 %-i, kişilərin isə 71 %-i məşğul əhali hesab edilir.
"Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər. Məsələn, qadınlar təhsil, səhiyyə, sosial iş və digər xidmət sahələrində çalışanların böyük hissəsini təşkil edir ki, bu da bir çox hallarda nisbətən aşağı əməkhaqqı ilə nəticələnir", - deyə hesabatda qeyd olunub.
Bundan başqa, sənəddə deyilir ki, Azərbaycan qanunvericiliyi qadınlar va kişilər üçün bərabər imkanları dəstəkləyir: "Qadınların əmək hüquqları Konstitusiya və Əmək Məcəlləsi ilə qorunur. Konstitusiya gender əsaslı ayrı-seçkiliyi açıq şəkildə qadağan edir, kişilər və qadınlar üçün bərabər hüquq və azadlıqları təsdiq edir, azad peşə seçmək, təhlükəsiz şəraitdə işləmək və heç bir ayrı-seçkilik olmadan əməyinin qarşılığını almaq hüququnu vurğulayır. 2022-ci ildə Azərbaycan hökuməti bir sıra əsas sənaye sahələrində qadınların müəyyən vəzifələrdə işləməsinə qoyulan məhdudiyyətləri ləğv edib. Əvvəllər Əmək Məcəlləsinin 241-ci maddəsi və Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə qadınların kənd təsərrüfatı, tikinti, nəqliyyat, energetika, istehsalat kimi sektorlar üzrə 674 peşədə işləməsini qadağan idi. Belə ki, qadınların yük vaqonlarında konduktor, qatar mühəndisi, 14-dən çox oturacaq yeri olan avtobusların sürücüsü, o cümlədən asfalt çəkmə, dülgərlik və energetika sahəsində müəyyən vəzifələrdə işləməsi qadağan olunurdu. Bununla belə, Dünya Bankının dəstəklədiyi araşdırmadan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci ilin noyabrında Əmək Məcəlləsinə bəzi dəyişiklikləri təklif edib. Bu dəyişikliklərlə hamilə olmayan və süd verməyən qadınlar üçün 674 iş üzrə bütün məhdudiyyətləri ləğv edilib" (Report).

Biznes     Tarix: 11 dekabr 2024

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri


iqtisadi xeberler biznes ideyalari kripto valyuta xeberleri biznes qurmaq