Dünya Bankı Bakı ilə bağlı layihəyə 2 mln. dollar ayırıb
Dünya Bankı Bakının davamlı inkişaf layihəsinin hazırlanması üçün 2 milyon dollar ayırıb.
Məlumata görə, bu vəsait Bank Azərbaycan hökumətinə Bakıda şəhər mühitinin keyfiyyətinin, təbii fəlakətlərə davamlılığın və infrastrukturun iqlim risklərinə qarşı dayanıqlılığının yaxşılaşdırılması üzrə "Livable Baku" layihəsinin hazırlanması üçün ayrılıb. Qrant Dünya Bankının struktur bölməsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə təqdim edilib.
Qrant texniki-iqtisadi əsaslandırmanın hazırlanması, çirklənmiş təbii göllərin rekultivasiyası üzrə tədqiqat, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, bərk tullantıların idarə edilməsi obyektlərinin (poliqonlar, tullantıların daşınma stansiyaları) layihələndirilməsi üçün təqdim edilir.
Qeyd edək ki, texniki yardımın müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. Layihənin icraçısı Azərbaycanın İqtisadiyyat Nazirliyidir. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
CV-nin tərtib edilməsi prinsipləri
Mcdonalds françayzinqi neçiyədir?
Biznes planı necə yazmaq lazımdır?