Dünya Bankının rəsmisi: "Azərbaycanda insanlar banklara inanmır"

Dünya Bankının rəsmisi: "Dünya Bankının Azərbaycanla bağlı fintex göstəricilərinə baxdıqda məlum olur ki, ölkədə bank hesablarına sahiblik artıb".
Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl BMT-nin Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində Bakıda "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik" mövzusunda keçirilən konfransda deyib.
"Əgər bir neçə il bundan əvvəl əhalinin 30 %-nin bank hesabı var idisə, indi bu rəqəm 50 %-ə çatıb. Amma bölgələrdə bu rəqəm yüksək deyil. Biz regionlarda əhali ilə söhbətlər aparanda gördük ki, onlar bank hesabının açılmasının ödənişli olduğunu düşünür. Ona görə də biz təşviqat aparmalı, maliyyə savadlılığını regionlarda artırmalıyıq.
Bank hesabı məsələsində həmçinin gender fərqi müşahidə olunur. Kişilər arasında bank hesablarına sahiblik daha çoxdur.
Azərbaycanda 500 000 muzdlu işçinin bank hesabı yoxdur, onların bank hesablarının açılması vacibdir. Digər bir problem insanların banklara etimadı ilə bağlıdır. İnsanlar banklara inanmır, ona görə bank hesabı açmır. Biz bu istiqamətdə də əhali ilə işləyirik", – deyə o qeyd edib.
"Digər bir məsələ əmanətlərlə bağlıdır, belə ki, pulların yalnız 10 %-i banklarda saxlanılır. Həmçinin hələ də Azərbaycanda əhalinin 200 000 nəfəri kommunal ödənişləri nağd edir. Hökumət "ƏDV geri al" kimi təşviq mexanizmləri tətbiq edir. Bu cür addımlar maliyyə inkluzivliyini artıra bilər", – deyə Dünya Bankı rəsmisi əlavə edib. / banker.az

Banklar     Tarix: 14 iyun 2023

Oxşar xəbərlər

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb


iqtisadi xeberler bitkoin valyuta mezennesi leobank kart dollar məzənnəsi