Dünyada internetdən istifadə edənlərin sayı artır
Bu ilin sonunadək dünyada internet istifadəçilərinin sayı 5,3 milyard nəfər və ya dünya əhalisinin üçdə ikisini təşkil edəcək.
Belə məlumatlar Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "2022-ci ildə genişzolaqlı internetin vəziyyəti" adlı hesabatında əks olunub.
"2019-cu ildə dünya əhalisinin 54%-i internetdən istifadə edib, 2022-ci ildə bu rəqəmin 66%-ə çatacağı gözlənilir ki, bu da 5,3 milyard insan deməkdir", sənəddə bildirilib.
Məlumata görə, rəqəmsal xidmətlərdən istifadə edənlərin sayındakı artım əsasən COVID-19 pandemiyası ilə bağlı olub, genişzolaqlı infrastruktura qoşulma iş, təhsil, əsas xidmətlərə çıxış və əlaqə saxlamaq üçün həyati zərurətə çevrilib. Məlumata görə, pandemiyanın ilk ilində – 2020-ci ildə internet istifadəçilərinin sayı 10% artıb ki, bu da son on ildə ən böyük artım olub. / banker.az
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki