Dünyada kriptovalyuta sahiblərinin sayı 500 milyonu ötüb
Kriptovalyuta istifadə edənlərin sayı 500 milyon nəfəri ötüb.
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
FED.az Triple A-nın hesablamalarına istinadən xəbər verir ki, 2024-cü ildə dünya əhalisinin 6,8%-nə bərabər olan 562 milyon insan rəqəmsal aktivlərə sahib olub. 2023-cü ildəki göstərici isə 420 milyon nəfər idi. Bu o deməkdir ki. Son 1 ildə kriptovalyuta ilə ticarət edənlərin sayı 34% artıb.
Araşdırmaya görə, BƏƏ, Sinqapur, Türkiyə və Argentina çoxlu bitkoin sahiblərinə ev sahibliyi edir.
Sorğu həmçinin müəyyən edib ki, iqtisadi fərqlərə baxmayaraq, Türkiyə və Argentina kimi inkişaf etməkdə olan ölkələr Sloveniya və Lüksemburqdan daha çox kriptovalyuta investorlarına malikdir.
Asiya bitkoin sahibliyində liderdir və rəqəmsal aktivlər və yeni texnologiyalar üçün mərkəz kimi seçilir. Asiya dünya üzrə 562 milyon bitkoin sahibinin yarısından çoxunun vətənidir. Şimali Amerika 72,2 milyon bitkoin sahibi ilə geri qalır.
Asiyada bitkoin istifadəsi 2016-cı ildəki 268,2 milyon investordan 2024-cü ildə 326,8 milyona qədər sürətlə artıb.
Bu inkişaflar rəqəmsal aktivlərin qlobal iqtisadiyyatda rolunun nə qədər əhəmiyyətli olduğunu və gələcəkdə daha da artacağını göstərir.

"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?
McDonalds haqqında maraqlı faktlar
Bill Qeyts kimdir?
Elon Musk kimdir?