EBRD Azərbaycandakı kredit portfelini artırıb
Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı kredit portfeli 1,082 milyard avro təşkil edib.
EBRD-nin məlumatına əsasən, bu, ötən il dekabrın 31-i ilə müqayisədə 30 milyon avro və yaxud 2,85 % çoxdur.
Yanvarda EBRD-nin Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 33-dən 34-də çatıb.
Portfelin 92 %-i və yaxud 995 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 5 %-i və yaxud 54 milyon avrosu korporativ sektora, 3 %-i və yaxud 33 milyon avrosu isə maliyyə institutlarına yönəldilib.
Ümumilikdə EBRD Azərbaycana 196 layihə çərçivəsində 4,059 milyard avrodan çox investisiya yatırıb.
Bu il yanvarın 31-nə bankın ölkədəki əməliyyat aktivlərinin məbləği ötən il dekabrın 31-nə nisbətən 0,4 % və yaxud 3 milyon avro azalaraq 751 milyon avro təşkil edib.
2024-cü ildə EBRD Azərbaycanda 8 layihəyə ümumilikdə 199 milyon avro kredit verib. Bu, 2023-cü illə müqayisədə 27,6 % və yaxud 43 milyon avro çoxdur. Bank əvvəlki il iki layihəni maliyyələşdirib. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?