Əcnəbilərin bank kartları ilə əməliyyatları 8 aya 981 milyon manata yüksəlib

Əcnəbilərin bank kartları ilə əməliyyatları 8 aya 981 milyon manata yüksəlib2025-ci ilin yanvar-avqust aylarında isə kart əməliyyatları 981,12 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artım deməkdir.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2023-cü ilin ilk səkkiz ayında əcnəbi turistlərin Azərbaycanda bank kartları ilə apardıqları əməliyyatların həcmi 1 milyard 420,2 milyon manat olmuş, 2024-cü ilin eyni dövründə bu göstərici 928,2 milyon manata düşərək illik müqayisədə 34,6% azalmışdı.
Ötən avqust ayında bank kartları ilə  151,5 milyon manat əməliyyat aparılıb, bunu da  100,9 milyon manatı "Visa" və 46 milyon manatı isə "Mastercard"ın payına düşüb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 14 milyon 77,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmib. Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil etmişdir.

Banklar     Tarix: 30 sentyabr 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler rubl mezenne leobank kart avtomobil xeberleri birbank