Ədalət Verdiyev: "Xəstə ermənilərin müalicə üçün Şuşaya getmələri məsləhətdir"

Ədalət Verdiyev: Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar ara vermir. Havadarlarından xüsusi göstəriş alan ermənilər bu əməlləriylə bölgədə sülhə əngəl yaradırlar. Əslində hadisələrin bu cür gedişi Ermənistan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Amma düşmən ölkə hər vəchlə aranı qatmaq, beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi imic formalaşdırmağa davam edir. Laçın sərhəd keçid məntəqəsində baş verən təxribatlar da bunun əyani sübutudur.
Burda təkcə ermənilərin xarici havadarları deyil, daxildəki revanşist qüvvələr də rol oynayır. Amma bütün bunlarda məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür.
Hərbi ekspert Ədalət Verdiyev KONKRET.az-a açıqlamasında təxribatların davam edəcəyi təqdirdə Azərbaycanın cavabının daha tutarlı olacağını deyir:
Ədalət Verdiyev: "Biz uzun müddət erməni təxribatlarına yalnız adekvat cavab verməklə kifayətlənə bilmərik. Bu təxribatlara daha təsirli və səmərəli bir cavab vermək məcburiyyətindəyik. Bu da işğalçı Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu gün Ermənistanın törətdiyi təxribatlar Azərbaycan üçün kifayət qədər ciddi təhdidlər yaradır. Hesab edirəm ki, Azərbaycan bu təxribatlara yalnız adekvat cavablar verməklə kifayətlənməyəcək.
Ermənistan öz fəaliyyətində ciddi korrektələrə yol verməsə, yaxın günlərdə istəmədiyi sülhün alternativi olan müharibəni, ən azından lokal toqquşmanı əldə edəcək və bu, İrəvan üçün kifayət qədər sarsıdıcı zərbə olacaq. Zəngəzur dəhliziylə bağlı məsələyə gəlincə, onu deyə bilərəm ki, dəhliz sırf İranın təzyiqinə görə açılmır. Əslində Ermənistanın özü üçün dəhlizin açılması həyatı əhəmiyyət kəsb edir.
Laçın sərhəd keçid məntəqəsində isə son duruma nəzər saldıqda, keçid məntəqəsi fəaliyyətini dayandırıb. İndi həm orada xidmət edən şəxsi heyətimiz üçün, həm də keçiddən istifadə edən erməni vətəndaşlarımız üçün kifayət qədər ciddi təhdidlər yarandığından sərhəd keçid məntəqəsi işləmir. Burada baş verən insidentlə bağlı Baş Prokurorluq araşdırma və istintaq fəaliyyətlərini davam etdirir. Buna görə sərhəd keçid məntəqəsinin açılması real görünmür. Amma orada yaşayan ermənilərin kütləvi xəstələnmək xobbisi var. Bu məsələylə bağlı mən fərqli variant təklif etmək istərdim. Məsələn, Xankəndində xəstələnən erməninin uzun-uzadı Laçına, oradan da Ermənistana getməsinə lüzum yoxdur. Xəstə ermənilər Xankəndidən cəmi 14 km aralıda yerləşən Şuşadakı tibb müəssisələrinin xidmətindən yararlana bilər. Çünki sərhəd keçid məntəqəsinin yaxın günlərdə açılması real görünmür.
Vəli Həsənov,
KONKRET.az

Xəbərlər     Tarix: 20 iyun 2023

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd


iqtisadi xeberler valyuta kurslari valyuta mezennesi biznes krediti 1000 manatla biznes