Əhali daha çox dollar satır, hərraclarda təklif edilən vəsait tam alınmır - MƏRKƏZİ BANKIN SƏDRİNDƏN AÇIQLAMA
"Xarici sektor göstəricilərinin yaxşılaşması (tədiyyə balansının profisitinin artması) valyuta bazarında təklifin kanallarını genişləndirir ki, bu da Mərkəzi Bankda təşkil edilən valyuta hərraclarında tələbin azalmasına səbəb olur".
Marja xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazimov bildirib.
Taleh Kazimov qeyd edib ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələmişdir:
"İyulun 28-i tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun qənaəti son 4 ilin maksimumu səviyyəsinə çatmışdır. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışını üstələmişdir. İyunda banklar tərəfindən valyutanın xalis alışının məbləği son 20 ilin maksimumu olmaqla 109 milyon ABŞ dolları təşkil etmişdir".
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Bill Qeyts kimdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes plan necə yazılır?
SMM nə deməkdir?