Əhalinin banklara vaxtında qaytarmadığı kredit borcu artıb

Əhalinin banklara vaxtında qaytarmadığı kredit borcu artıb2023-cü ilin ilk altı ayında qeyri-işlək portfelin həcmi 0.7% azalaraq 0.7 mlrd. təşkil etmişdir. Qeyri-işlək portfelin (QİK) cəmi portfeldə payı isə 0.4 faiz bəndi (f.b.) azalaraq 3.4% olmuşdur.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2023-cü ilin 1-ci yarısı üzrə Maliyyə sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, hazırda QİK əmsalı göstəricisi tarixi minimum səviyyəsindədir. QİK portfelinin azalması banklarda risklərin idarəedilməsi çərçivəsinin təkmilləşdirilməsi ilə yanaşı ödəmə qabiliyyətini itirmiş bankın sistemdən kənarlaşdırılması, həmçinin problemli kreditlərin balansdan silinməsi hesabına dəstəklənmişdir. Yarımil ərzində 43 mln. manat məbləğində silinmə baş vermişdir.
Sektor üzrə QİK portfelinin 65%-i (0.5 mlrd. manat) biznes, 29%-i (0.2 mlrd. manat) istehlak, 6%-i (0.04 mlrd. manat) isə ipoteka portfeli hesabına formalaşmışdır. Biznes portfeli üzrə QİK əmsalı 4.1% olduğu halda istehlak və ipoteka portfelləri üzrə bu göstərici müvafiq olaraq 3.4% və 1.2% təşkil edir. Bütövlükdə, QİK portfelinin 76%-i milli valyutada, 24%-i isə xarici valyutada verilmiş kreditlər təşkil edir.  
QİK portfelinin gecikmə günləri üzrə strukturunun dinamikası 1 ildən çox gecikmiş kreditlərin portfeldə payının azaldığını göstərir. Belə ki, 2017-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması fonunda 1 ildən artıq gecikmiş qeyriişlək kreditlərin portfeldə payı 12.4 f.b. azalaraq 14.2%-dən 1.8%-ə enmişdir (2022-ci ilin sonunda bu göstərici 2.6% olmuşdur).
Biznes portfeli üzrə qeyri-işlək kreditlər azalmışdır. Yarımil ərzində biznes portfeli üzrə QİK-in həcmi 6.3% azalaraq 475 mln. manat təşkil etmişdir. Dövr ərzində biznes kreditləri üzrə QİK əmsalı isə 0.6 f.b. azalaraq 4.1% olmuşdur. Məbləğ ifadəsində qeyri-işlək portfelin konsentrasiyası əsasən ticarət və sənaye sahələri üzrədir. Biznes portfeli üzrə cəmi QİK-in 51%-i məhz bu sahələrə verilmiş kreditlər üzrədir. Dövr ərzində biznes portfeli üzrə QİK-in azalması əsasən ödəmə qabiliyyətini itirmiş bankın sistemdən kənarlaşdırılması ilə bağlıdır. 
İstehlak portfeli üzrə kredit riskləri diqqətdə saxlanılır. 2023-cü ilin 1-ci yarısında istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi 16.1% (30 mln. manat) artaraq 215 mln. manat olmuşdur. Hazırda istehlak portfelinin 3.4%-i QİK statusundadır ki, bu da ilin əvvəli ilə müqayisədə 0.2 f.b. çoxdur. İstehlak kreditləri üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən prudensial siyasət əhalinin sağlam və məsuliyyətli borclanmasının təmini, o cümlədən sektorun potensial təhdidlərdən qorunmasına hədəflənmişdir. 
İpoteka portfeli üzrə qeyri-işlək kreditlərin həcmində azalma müşahidə edilmişdir. İlin birinci yarısında ipoteka portfeli üzrə QİK-in həcmi 6.3% (3 mln. manat) azalaraq 40 mln. manat təşkil etmişdir. Nəticədə, qeyri-işlək kreditlərin portfeldə payı 0.2 f.b. azalaraq 1.2% olmuşdur. İpoteka portfelinin 57%-ni (1.9 mlrd. manat) təşkil edən AİKZF-in vəsaitləri hesabına verilmiş kreditlər üzrə isə QİK əmsalı cəmi 0.3% təşkil etmişdir. 
Restrukturizasiya portfeli üzrə yeni prudensial çərçivənin tətbiqi restrukturizasiya portfeli üzrə risklərə azaldıcı təsir göstərmişdir. 2023-cü ilin I yarısında restukturizasiya olunmuş portfelin həcmi 2.3% (39 mln. manat) artaraq 1.7 mlrd. manat təşkil etmişdir. Kredit portfeli üzrə yüksək artım tempi nəticəsində restukturizasiya olunmuş kreditlərin cəmi portfeldə payı 0.5 f.b. azalaraq 8.1% olmuşdur. Ötən il restukturizasiya portfelində risklərin tənzimlənməsi üzrə yeni requlyativ çərçivə formalaşdırılmışdır. Kreditlərin təkrar restrukturizasiyasına daha sərt ehtiyatlanma tələbləri müəyyən edilmişdir (hər növbəti restrukturizasiyada aktivin daha riskli təsnifat kateqoriyasına aid edilməsi və daha yüksək ehtiyatların yaradılması tələbi).
Bank sektorunun kredit portfeli genişlənməkdə davam edir. 2023-ci ilin I yarısında bank sisteminin kredit portfeli 8.7% (1.7 mlrd. manat) artaraq 21.3 mlrd. manat olmuşdur. İqtisadi aktivliyin illik artım tempinin azalmasına baxmayaraq, kreditləşmənin illik dinamikası sabit qalmışdır 
Kreditləşmənin bütün seqmentləri üzrə müsbət dinamika müşahidə edilir. İstehlak kreditləşməsi üzrə requlyativ çərçivənin sərtləşdirilməsi nəticəsində cari ildə istehlak portfelinin artım dinamikasında azalma meyilləri nəzərə çarpmışdır (tənzimləyici çərçivəyə dəyişikliklərdən öncə istehlak portfeli üzrə orta aylıq artım tempi 2.3%, qaydalara dəyişiklikdən sonra 1.6% olmuşdur). Biznes kreditləri üzrə artım tempi ilin II rübündə sürətlənmişdir. İpoteka portfelinin artım tempi sabit olaraq qalmışdır.
2023-cü ilin birinci yarısında biznes kreditləri 7.3% (795 mln. manat) artaraq 11.7 mlrd. manat təşkil etmişdir. Hesabat dövrü ərzində ipoteka portfeli 11.3% (336 mln. manat) artaraq 3.3 mlrd. manata çatmışdır. İpoteka krediti portfeli üzrə artımının 45%-i (150 mln. manat) dövlət vəsaiti hesabına verilən kreditlər, 55%-i (186 mln. manat) isə bankların daxili vəsaiti hesabına formalaşmışdır. Dövr ərzində istehlak kreditləri portfeli isə 9.9% (571 mln. manat) artaraq 6.3 mlrd. manat təşkil etmişdir.

Banklar     Tarix: 05 oktyabr 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne 1000 manatla biznes kripto birbank